CHP sədri Kamal Kılıçdaroğlunun qardaşı Cəlal Kılıçdaroğlu CHP-dən istefa verdiyini açıqlayıb.

Avropa.info xəbər verir ki, Cəlal Kılıçdaroğlu  yaydığı  yazılı açıqlamada  partiyanın sədr müavini Təkin Bingölün onun CHP-dən çıxarılmasını tələb etdiyi üçün bu addımı atdığını deyib.

"FETÖ-nün Didim Bələdiyyəsi ilə olan əlaqəsini ortaya çıxarmaq üçün etdiyim yürüşdən sonra, CHP-nin sədr müavini Təkin Bingöl mənim partiyadan çıxarılmağımı istəyib. Şərəf duydum, çünki, mən mübarizəmdə haqlıyam və haqlı olduğum  ortaya çıxacaq. CHP rəhbərliyi, Atatürkün prinsip və inqilablarına sahib çıxan, FETÖ-yə  qarşı duran, ölkəsinə, millətinə, partiyasına bağlı olan bir insanı partiyadan çıxarmaqla hədələyir, lakin FETÖ-nün  bələdiyyə imamı olduğu dəqiqləşən Erkan Karaaslan ilə səmimi davranır.

Belə bir insanı dəstəkləyən bir partiya ilə mənim də işim olmaz. CHP rəhbərliyi Atatürkün şəkilini zibil qutusuna  atanı deyil, bunu aşkara çıxaranı partiyadan çıxarmaq istəyir . Atatürk abidəsini söküb Didim Bələdiyyəsinin zibilliyinə atan Dəniz Atabayı deyil, məni partiyadan qovurlar . FETÖ-nün məktəblərinə yardım edən Beşiktaş Bələdiyyə sədri Murad Xəzinədarı deyil, vətəninə millətinə sadiq olan Birgül Ayman Güləri partiyadan qovurlar. Bu qədər olanlardan sonra ağlıma bu sual gəldi: Görəsən, məni partiyadan çıxarmaq üçün təlimatı Pensilvaniyadan aldılarmı? Bu saatdan sonra, mən  CHP-də qalmaram. Zəhmət çəkməsinlər, istefa verirəm” deyə Kılıçdaroğlu bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300