"Donald Trampla belə nəticəyə gəldik ki, Rusiya-ABŞ münasibətlərinin indiki qeyri-qənaətbəxş durumunu düzəltmək lazımdır. Dediyim kimi, Rusiya bu yolun öz hissəsini keçməyə hazırdır”.

 

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon söhbəti barədə danışarkən deyib.

 

Putin qeyd edib ki, ABŞ-Rusiya münasibətləri Moskvanın günahı ucbatından korlanmayıb. "Tezliklə Ağ Evə yeni prezident gələcək. İnanmaq istərdik ki, münasibətlərimizi düzəltmək şansı yaranacaq. Bu münasibətlər təkcə iki ölkə xalqı üçün deyil, həm də beynəlxalq sabitlik və təhlükəsizliyin təminatı baxımından önəmlidir”, - deyə o vurğulayıb.

 

Rusiya prezidenti həmçinin terrorçuluqla mübarizə üzrə vahid, geniş cəbhənin yaradılmasının vacibliyini önə çəkib: "Təəssüf ki, hələlik belə cəbhə yaradılmayıb. Lakin onun alternativi yoxdur”.

 

Putin bildirib ki, Yaxın Şərqdə münaqişənin nizamlanması yalnız bütün nüfuzlu beynəlxalq oyunçuların effektiv tərəfdaşlığı halında mümkün ola bilər.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300