Noyabrın 30-da Bakının Xudafərin Sarayında İraq və Suriyada yaşayan türkmən soydaşlarımıza mənəvi dəstək məqsədilə " Kərkük Gecəsi " keçirilib. 

Gecəni giriş sözü ilə " Kərkük Harayı" Soydaşlarımıza yardım kampaniyasının Əlaqələndirmə Mərkəzinin üzvləri Rüfət Muradlı və Jalə Cəfərova açdıqdan sonra Azərbaycan himni və Türkmeneli marşı oxunub. Sonra Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və KXCP sədri Mirmahmud Mirəlioğlu mərasim iştirakçıları qarşısında çıxış edərək Türkmenelinin Türk Dünyasının bir parçası və Azərbaycan Türklüyünün ayrılmaz hissəsi olduğunu iştirakçıların diqqətinə çatdırıblar. Tanınmış sənət ustaları Nuriyyə Hüseynova, Ağalar Bayram, Novruz Novruzlu, Solmaz Kosayeva, Şuşa Elat Muğam Üçlüyünün ifaları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Kərkük Gecəsində Bakıda Türkmenelindən olan tələbələr adından Yəhya Mehdi, şair Yusif Nəğməkar, İraq Azərbaycan Mədəni Əlaqələr İB-nin sədri Tahirə Məmmədova çıxış edərək Kərkük Gecəsinin təşkil olunmasına görə təşkilatçılara təşəkkürlərini bildiriblər. 

Kərkük Gecəsində Milli Mədəniyyyətin Təbliği İB tərəfindən hazırlanmış " Türkməneli Səninləyik" bağlıqlı xüsusi bayraq iştirakçılar tərəfindən imzalanaraq kərküklü tələbələrə təqdim olunub. Gecədə gənc məktəblilərin Kərkük haqda şeri səsləndikdən sonra "Kərkük Harayı" Soydaşlarımıza yardım Kampaniyası Əlaqələndirmə Mərkəzinin üzvləri  Ümid Partiyasından Taleh Əliyev, Tamilla Qulami, KXCP-dən Südeif Sadıqlı, Ağ Partiyadan Əhəd  Məmmədli, Bütöv Azərbaycan Ocaqları adından Faiq Qəzənfəroğlu, Azərbaycan Turan Birliyindən Flora Ramazanova, habelə Bütöv Azərbaycan Mühafizəkarlar və Millətçi Gənclər Təşkilatı təmsilçiləri çıxış edərək Kərkük deyib, Türkmeneli deyib Gecəyə qatılanlara öz təşəkkürlərini ifadə edərək bu yöndə fəaliyyətlərin davamlı olmasına israr ediblər..  

Kərkük Gecəsinin sonunda gənc rəssamlar mərasim boyu çəkdikləri tabloları Türkmənelindən olan tələbələrə hədiyyə ediblər.  

Elman Türkoğlu isə özü hazırladığı Türkməneli və Azərbaycan bayraqlarını " Kərkük Harayı" Əlaqəlindirmə Mərkəzinə bağışlayıb.  Mərasim Azərbaycandan Türkmənelinə dəstək çağırışları ilə sona çatıb.




Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300