Səudiyyə Ərəbistanının vəliəhdinin müavini və ölkənin müdafiə naziri Məhəmməd İbn Salman ötən bazar günü Çeçenistan prezidenti Ramzan Kadırovu qəbul edib.

Avropa.info xəbər verir ki, görüş zamanı iki ölkə arasında əlaqələrin genişlənməsi və bir sıra yeni layihələrin həyata keçirilməsi müzakirə olunub.

Səudiyyə Ərəbistanının Səbəq qəzetinin yaydığı məlumata görə isə Kadırov Qroznı Konfransı ilə bağlı Məhəmməd ibn Salmandan üzr istəyərək ortada bir yanlış anlaşılma olduğunu və sələfiliyin əhli sünnətin əsas hissəsini təşkil etdiyini deyib.

Xatırladaq ki, Çeçenistanın paytaxtı Qroznıda Ramzan Kadırovun rəhbərliyi ilə "Əhli Sünnət kimdir?” başlığı ilə bu ilin avqust ayının 25-dən 27-ə kimi konfrans keçirilmişdi. Həmin konfransda Səudiyyə Ərəbistanının alimləri və Ümumdünya İslam Alimləri birliyi şiddətli tənqidə məruz qalmışdı.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300