Joze Mourinyonun
 
İngiltərənin "Çelsi" klubunun futbolçuları Sesk Fabreqasla Eden Azar Joze Mourinyonun baş məşqçi postundan istefasının əsas təşəbbüsçüləri olublar. "Report"un məlumatına görə, bu barədə NBC Sport situasiya ilə tanış olan mənbəyə istinadən xəbər yayıb.

Bildirilir ki, məhz 28 yaşlı ispaniyalı yarımmüdafiəçi portuqaliyalı mütəxəssisin əsas rəqibi olub. Fabreqas Mourinyo və onun davranışından rəhbərliyə şikayət edib. 

52 yaşlı baş məşqçi isə son uğursuzluqlarla əlaqədar bir neçə həftə ərzində paltardəyişmə otağında gərgin durumla mübarizə aparıb. İki ən ödənişli futbolçunun Mourinyonun qovulmasını istədikləri faktı klubun sahibi Roman Abramoviçin qərarına təsir göstərib.

Qeyd edək ki, "Çelsi" Joze Mourinyonu dekabrın 17-də istefaya göndərib. Kompensasiya məbləği 12 milyon funt sterlinq təşkil edib. Mövsümün sonunadək komandaya əvvəllər də "zadəganlar"la çalışmış Qus Hiddinkin rəhbərlik edəcəyi bildirilir. Mourinyonun rəhbərliyi altında son oyununda "Çelsi" səfərdə "Lester"ə uduzub - 1:2. 

Bununla da London komandası, Premyer Liqanı tərk etmələri ilə nəticələnmiş 1978-1979-cu il mövsümündən sonra ilk dəfə 16 tur ərzində 9-cu məğlubiyyətlə üzləşib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300