Gələn il Milli Məclis üzrə əməyin ödənişi xərclərinə 16 mln. 664,8 min manat və ya ümumi xərclərin 72,2%-i həcmində vəsait yönəldilməsi nəzərdə tutulub.

Hesablama Palatası "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəy qeyd olunub ki, bu, 2016-cı ilin gözlənilən icrasından 1 mln. 979,1 min manat və ya 13,5% çoxdur və əsasən yeni komitələrin yaradılması ilə bağlı ştat vahidinin artımı ilə əlaqədar əməyin ödənişi xərclərinin artması hesabınadır.

"Azərbaycan Respublikasının Milli Məclisi üzrə proqnozlaşdırılmış xərclərin strukturunda əməyin ödənişi xərcləri üstünlük təşkil edir”, – deyə rəydə qeyd olunub.

Bununla yanaşı, aparatın saxlanılması xərclərinin tərkib hissəsi olan malların (işlərin və xidmətlərin) satın alınmasına 5 mln. 160,9 min manat və ya ümumi xərclərin 22,4%-i (2016-cı ilin gözlənilən icrası ilə müqayisədə 752,6 min manat və ya 17,1% 147 çox), təqaüd və sosial müavinətlərə 98,4 min manat və ya xərclərin 0,4%-i (2016-cı ilin gözlənilən icrası ilə müqayisədə 12,5 min manat və ya 14,6% çox), digər xərclərə 742,7 min manat və ya xərclərin 3,2%-i (2016-cı ilin gözlənilən icrası ilə müqayisədə 80,3 min manat və ya 12,1% çox) və qeyri-maliyyə aktivlərinin alınmasına 423,0 min manat və ya xərclərin 1,8%-i (2016-cı ilin təyinatı ilə müqayisədə 225,0 min manat və 34,7% az) həcmində vəsait proqnozlaşdırılıb.

Qeyd edək ki, gələn il Milli Məclisə dövlət büdcəsindən ümumilikdə 23 mln. 89,7 min manat vəsait proqnozlaşdırılıb.



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300