"Yeni Müsavat”ın köşə yazarı Zamin Hacı yenidən Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.

Bu barədə jurnalist özü sosial şəbəkədəki səhifəsində informasiya yayıb.

Jurnalist bildirib ki, son bir il yarımda təkcə bu idarəyə üçüncü dəfədir çağırırlar: "Bu gün saat 5-də orda olmalıyam. Deyirlər, istintaq idarəsinin rəisi Nazim müəllim sizinlə görüşmək istəyir. "Niyə görmək istəyir”, "gələrsən, görərsən” – vəziyyət budur”. 

Z.Hacı yazıb ki, rəsmi çağırış vərəqi istəməyin mənası olmadığı üçün belə bir şey istəməyib.

Bir neçə ay öncə köşə yazarını BŞBPİ-yə çağırmış, Facebook statusu ilə bağlı xəbərdarlıq etmişdilər, – "Yeni Müsavat” xəbər verir. 

***

Bir saatdan artıq davam edən söhbətdən sonra Zamin Hacı polis idarəsini tərk edib.

Zamin Hacı musavat.com-a deyib ki, onu, keçən dəfə olduğu kimi, BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi Nazim İsmayılov qəbul edib. Ondan başqa, söhbətdə DİN rəhbərliyinin təmsilçisi də iştirak edib. Köşə yazarına polisin fəaliyyətinə kölgə salan statuslar yazdığına görə iradlar bildirilib. Zamin Hacı deyib ki, yazıçı Rafiq Tağının ildönümü günündə Facebookdakı səhifəsində üstü açılmayan qətllərlə bağlı status yazıbmış. Orada son illərdə törədilmiş siyasi və başqa xarakterli qətllərlə bağlı istintaq orqanlarını qınayan fikirlər yazıb.   
 
Zamin Hacı deyib ki, polis zabitləri ilə mədəni polemika aparıb, onların arqumentlərini dinləyib, özünün fikirlərini müdafiə edib. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300