Gürcüstanda ötən ilin noyabrından bu ilin eyni ayınadək  "Microsoft”un əqli mülkiyyət hüququnun pozulduğu 10 məhkəmə işinə baxılıb.

"Report” xəbər verir ki, bunlardan 7-si üzrə proses başa çatıb.

Kompensasiyanın ümumi məbləği 239 min laridən çox təşkil edib (96,1 min ABŞ dolları). Məhkəmədə işinə baxılan şirkətlər kompensasiyanı ödəməklə yanaşı, istifadə etdikləri lisenziyasız proqram təminatlarını da leqallaşdırıb.

Hazırda Gürcüstan məhkəməsi "Microsoft”un əqli mülkiyyət hüququnun pozulduğu daha 3 məhkəmə işinə baxır. Müəllif hüquqlarının pozulmasına qarşı bu cür mübarizə Gürcüstanda "Microsoft” şirkətinin əqli mülkiyyət hüquqlarının qorunması üzrə maraqlarını təmsil edən "Business Legal Bureau” (BLB) hüquq şirkəti tərəfindən həyata keçirilir.

Qeyd edək ki, BSA-nın (Business Software Alliance) apardığı son qlobal araşdırmanın nəzticələrinə əsasən, 2015-ci ildə Gürcüstanda proqram təminatlarının 85%-i lisenziyasız olub. Bunun da ümumi dəyəri 24 mln. dollar təşkil edib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300