Noyabrın 28-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Şərafət Məmmədovanın sədrliyi ilə "Turan” Agentliyinin "Azərsu” ASC-yə iddiası üzrə məhkəmə iclası keçirilib.

İddia "Azərsu” ASC-nin agentliyin informasiya sorğusuna cavab verməməsi ilə bağlıdır.

"Turan” Agentliyi 3 ay əvvəl "Azərsu” ASC-dən ölkə başçısının "Əhalinin su sayğacları ilə təmin edilməsi haqqında” sərəncamının icrası ilə bağlı bilgilər istəyib. Ancaq sorğuya cavab verilməyib.

"Azərsu” ASC-nin nümayəndəsi məhkəmədə deyib ki, iddia ərizəsini yenicə alıb və onunla tanış deyil. O, "Turan” Agentliyinin sorğusunu öyrənmək məqsədi ilə vaxt istəyib.

Agentliyin rəhbəri Mehman Əliyev isə bildirib ki, cavaba iddia veriləndən əvvəl və sonra yetərincə vaxt olub.

M.Əliyev hakimə informasiya verilməməsi faktına hüquqi qiymət verməyə, İnzibati Xətalar Məcəlləsinin 374, 382 maddələrini tətbiq etməklə "Azərsu” ASC-ni 1500 manat cərimələməyi təklif edib.

"Bunun üçün hər cür əsas var. "KİV haqqında”, "İnformasiya azadlığı haqqında”, "Korrupsiya ilə mübarizə haqqında” qanunlar sorğuya cavab verməməklə kobud şəkildə pozulub”, deyə Əliyev bildirib.

Hakim qeyd edib ki, hələlik, cinayətin tərkibi müəyyən edilməyib və məhkəmə heç bir qərar verə bilmir. O, "Azərsu” ASC-nin nümayəndəsinə informasiya sorğusunda qoyulan suallara cavab təqdim etməyə dekabrın 9-na, yəni növbəti məhkəmə iclasına qədər vaxt verib (azadliq.org).

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300