Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Noyabrın 28-də keçirilən məhkəmə prosesinə hakim Əfqan Hacıyev sədrlik edib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, məhkəmə başlamazdan əvvəl təqsirləndirilən nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalovun vəkili Elxan Süleymanov "Yeni Müsavat" qəzetinin əməkdaşının üstünə hücum çəkib.

O, V.Zeynalovun ittiham aktına əsasən qəzetdə yazılan yazılara görə jurnalisti təhqir edərək, onu məhkəməyə verəcəyini deyib. 

Vəkil məhkəmə zalında, digər media nümayəndələrinin və prosesə gələnlərin qarşısında jurnalistə qarşı "şərəfsizsiniz", "alçaqsınız" ifadələrini işlədib. O, Vidadi Zeynalovun ittiham aktına əsasən yazılanlara etiraz edib.
Daha sonra vəkil, bütün media nümayəndələrinin ünvanına eyni ifadələri işlədərək, hər birini təhqir edib.

V.Zeynalovun və digərlərinin zalda olan yaxınları deyiblər ki, "Zeynalovun kabinetində pul dilənənlər, indi onun əleyhinə yazı yazırlar".

Jurnalistlərin hamısının məsələyə müdaxiləsindən sonda vəkil sakitləşə bilib. 

Görünür, Vidadi Zeynalovun müqaviləli vəkili onu təkcə məhkəmə prosesində yox, məhkəmədən kənarda da müdafiə edəcəyi ilə bağlı öhdəlik götürüb və bu müdafiəyə yalnız hüquqi çərçivə yox, hədə-qorxu və başqalarını təhqir etmək də daxildir...

İlkin Muradov, musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300