Biznes imperiyasına malik Kastro klanının hökmran olduğu ölkədə hakimiyyətin "atadan-oğula” keçməsi istisna edilmir

 

Fidel Kastronun ölümü Kubada bundan sonra siyasi rəhbərliyin kimə nəsib olacağı ilə bağlı sualları özü ilə bərabər gətirib.

Komandantenin tərəfdarları və düşmənləri müxtəlif fikirlər yürüdürlər.

"Fidel böyük qəhrəmandır. Biz kubalılar ona ABŞ hakimiyyətindən qurtulmasına görə minnətdar olmalıyıq. Fidelin milyonlarla kubalılnın həyatına, rifahına və xoşbəxtliyinə təsiri fövqəladə olub. Bu zamana qədər biz məhz ona görə özümüzü təhlükəsiz hiss edirdik. Fidel bizimlədir və hər kəsin qayğısına qalır”.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Bu şərqsayağı mədhlər Kuba tarixçisi və professoru Felipe Peres Krusa məxsusdur.

Əks düşərgənin nümayəndələrinin də komandantenin ölümü barədə şərhi emosionallıqdan uzaq olmayıb: 

"Onun hakimiyyəti əsl fəlakət olub. Bu adam Latın Amerikasının ən inkişaf etmiş ölkəsini soyub taladı, onun orta sinfini toza döndərdi, milli iqtisadiyyatı isə tamamilə məhv etdi. Kubalıların tam 3 nəsli dövlətin başqa rəhbərini tanımayıb, lakin terrorun nə olduğunu yaxşı biliblər. O, heç bir şey istehsal edə bilməyən, aclıq və səfalət içərisində yaşayan, ibtidai təhsilli xalq yetişdirib. Kubalıların 20%-i onun dövründə ölkəni tərk edib. Minlərlə kubalı onlara lazım olmayan müharibələrdə həlak olub”. Bu sözlər isə mühacirətdə olan Kuba müxalifətinin nümayəndəsi Karlos Alberto Montanyerə aiddir.

"Kuba həbsxanalarında bir çox illər ərzində on minlərlə siyasi dustaq saxlanılıb,- Montanyer davam edir: 

"O, SSRİ-nin 1968-ci ildə Çexoslovakiyaya müdaxiləsini dəstəkləyib. Kastro Şimali Koreyanın barbar, İranın isə teokratik rejiminə dəstək verib, həyatının 90%-lik hissəsini planetar inqilaba həsr edib. O, "qəhrəman” kimi qəbul etdiyi ölkəni daha ağır vəziyyətdə qoyub”.

 Montanyerin bu sözləri ilə Mayaminin küçələrində Kastronun özlümünə sevinən minlərlə Kuba əsilli amerikalı razılaşır.

 ABŞ Konqresinə seçilən ilk Kuba əsilli amerikalı Aleksandra Ros-Laytinen öz tvitter hesabında Kastronu bandit adlandırıb və onun ölümünü Kubanın demokratiya və azadlıq yolunda yeni imkan olaraq dəyərləndirib.

 Komandantenin şəxsiyyəti ətrafında gedən diskussiyalar təkcə kubalıların daxilində deyil, dünya səviyyəsində də özünü büruzə verib. 

Beynəlxalq arenada əsasən məlum (qeyri-demokratik-red.) dövlətlər onun haqqında xoş sözləri yağdırmaqda xəsislik etməyiblər.

Fidel Kastronun ölümü təkcə Kuba inqilabı haqqında xatirələri və şərhləri canlandırmayıb. İndi hamını maraqlandıran bundan sonra rejimin gələcəyinin necə olacağıdır. 

Çünki hazırda rejimin başında duran şəxsin də yaşı az deyil. Raul Kastronun (O, Fidel Kastronun qardaşıdır) 85 yaşı var və o, 2018-ci ildə Dövlət Şurasına keçiriləcək seçkilərdə iştirak etməyəcəyini artıq indidən bəyan edib.

Картинки по запросу raul castro cuba
Raul Kastro

Ona görə də ekspertlər Kastro ailəsindən olmayan liderin kim olacağı barədə indidən baş sındırmağa başlayıblar.

Hazırkı anda lider olmağa əsas namizəd Dövlət Şurasının sədrinin birinci müavini Migel Dias Kanel hesab edilir. O, inqilabdan sonra, 1960-cı ildə dünyaya gəlib və Kuba hökumətində mülayim liberal (yalnız iqtisadi sahədə) şəxs hesab olunur.

Картинки по запросу miguel diaz Canel cuba
Migel Dias Kanel

Migel Dias Kanel Kuba inqilabın ideologiyasına şübhə etməsə də, praqmatik adam kimi tanınır. Kanel ölkəyə xarici sektordan sərmayələrin cəlb olunması və iqtisadiyyatın özəl sektorunun canlandırılmasının tərəfdarı olaraq bilinir.

Lakin Kastro ailəsi də bütün bu illər ərzində "boş "durmayıb. Demək olar ki, ölkənin bütün idarəçilik mexanizmi, iqtisadi gəlirləri və hərbi hakimiyyəti Raul Kastronun yaratdığı klanın əlindədir. 

Bu klan uzun illərdir ki, Grupo de  Administracion Empresarial (GAE) kimi iri holdinqə rəhbərlik edir. Buraya "Gaviota” ("Qağayı”) kimi iri şirkət də daxildir.

Картинки по запросу Grupo De Administracion Empresarial Cuba

Ölkədə fəaliyyət göstərən otellərin, demək olar ki, hamısı mülki aviasiya və dəniz donanması bu qrupun əlindədir.

Uzun illər ərzində holdinqə rəhbərliyi inqilabçı silahlı qüvvələrin keçmiş naziri Xulio Kasas Rodriqo həyata keçirib. Lakin o, artıq ölüb. Buna görə də Kuba liderinin öz ailə üzvləri önə çıxıb. Söhbət Raul Kastronun oğlu Alexandro Kastro Espin və kürəkəni Luis Alberto Rodrigesdən gedir. Raul Kastronun ölkə rəhbərliyini məhz oğluna buraxacağı istisna edilmir.

Картинки по запросу alejandro castro
Alexandro Kastro Espin

Kuba inqiliabının rəhbərlərindən Xuan Almeydanın oğlu, hazırda mühacirətdə yaşayan Xuan Xuan Almeydanın fikrincə, Alexandro soyuq düşüncəyə, dərrakəyə və böyük hakimiyyət ambisiyalarına malikdir. Lakin onun nə ordu rəhbərliyində, nə Syerra Mastra dağlarında vuruşan köhnə nəsil, nə də Nikaraqua, Anqola, Efiopiya kimi ölkələrdə kommunizm üçün mücadilə edən orta nəsil içərisində nüfuzu yoxdur. 

Fidelin öz övladlarına gəlincə, onlar ölkənin siyasi həyatında hər hansı rol oynamırlar. Fidel Kastronun böyük oğlu Fidelito özünü tamamilə elmə həsr edərək, uzun müddət ölkəsinin nüvə araşdırmaları mərkəzinə rəhbərliyi həyata keçirib. Onun siyasi ambisiyaları isə Raulun yaxınları tərəfindən "söndürülüb”.

F.Kastronun digər oğlu Aleks Kastro da siyasi arenada görünmür. Doğrudur, arada onun inqilabçı rejimin prinsiplərinə uyğun gəlməyən "gurultuları” eşidilir.

Məsələn, 2015-ci ildə o, America tv-yə müsahibə verərkən "Kubada Coca-Cola fabriki, "MakDonalds” yerləşə bilər, Kubaya xoş gəlmisiniz” kimi cümlələr işlətmişdi. Lakin onun bu sözləri havada qalıb.

Vaqif Hüseyn, musavat.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300