Prezident Barak Obama Fİdel Kastronun ölümü ilə bağlı Kuba xalqına başsağlığı verərək bildirib ki, o, Kuba ilə əlaqələrin yaxşılaşdırılması istiqamətində səylərini davam etdirəcək.

"Bu gün Fidel Kastronun ailəsinə baş sağlığı veririk və dualarımız Kuba xalqı ilədir” – deyə Obamanın bəyanatında deyilir. "Kuba xalqı bilməlidir ki, ABŞ-da onların dostları və tərəfdaşları var”.

ABŞ və Kubada Fidel Kastronun irsinə münasibətin birmənalı olmadığını anlayan Obama digər dünya liderləri nə Kastronu tənqid edib, nə də onu tərifləyib. Prezident Obama bildirib ki, Kastronun etdikləri tarixi mühakimə edəcək.

ABŞ-ın yeni prezidenti Donald Tramp da Fidel Kastronun ölümünə münasibət bildirib. O, səhər saatlarında Twitter hesabında "Fidel Kastro öldü!” yazıb.

Daha sonra isə onun Kastronu "qəddar diktator” adlandıran bəyanatı açıqlanıb.

"Fidel Kastronun irsi poliqon, oğurluq, dəhşətli əzab-əziyyət, aclıq və fundamental insan haqlarının rədd edilməsi ilə yadda qalıb” – deyə Tramp bildirib.

Tramp Fidel Kastronu sərt tənqid etsə də, o, Kastronun ölümü ilə kubalıların uzun sürət dəhşətlərdən xilas olacağına ümid etdiyini bildirib. "Mənim administrasiyam Kuba xalqının rifah halının yaxşılaşması və azadlığa qovuşmasını təminat altına almaq üçün çalışacaq” – deyə Donald Trampın bəyanatında bildirilir.//bastainfo

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300