Donald Trump deyib ki, Hillary Clintonun 3 ştatda səslərin yenidən sayılması cəhdlərinə qoşulması onu məyus edir.

Trump bunu noyabrın 27-də Twitterdə yazıb. Bir gün əvvəl isə Hillary Clintonun seçki kampaniyası Viskonsin ştatında səslərin yenidən sayılmasında iştirak edəcəyini bildirdi.

Viskonsin ştatının seçki şurası noyabarın 25-də Yaşıllar partiyasının prezidentliyə namizədi olmuş Jill Steinin səslərin yenidən sayılması müraciətini qəbul etdi. Stein bildirir ki, Viskonsində "statistik anomaliya” var.

Noyabrın 8-dəki prezident seçkilərində Clinton Trumpdan demək olar ki, 2 milyon səs çox toplayıb. Ancaq prezidenti Seçki Kollegiyası seçir. Seçki Kollegiyasında Trumpın 290 seçici səsi var, Clintonun 232.

Bura Miçiqan ştataında seçkinin nəticəsi daxil deyil.

Miçiqan seçkinin nəticəsini noyabrın 28-də elan edəcək.

Əgər Clinton Miçiqan da udsa,Viskonsin və Pensilvaniyada isə səslərin yenidən sayılmasında qalib gəlsə, onda Seçici Kollegiyasında üstünlük Clintona keçəcək.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300