Odessa qubernatorluğundan istefa verərək Yeni Qüvvələr Hərəkatı yaradan Saakaşvili bu gün Kiyevin mərkəzində ilk mitinqini keçirib.

Axar.az xəbər verir ki, mitinq "Hazırkı Radanın son qışı” şüarı ilə baş tutub. Mixail Saakaşvili Ukrayna parlamentinə növbədənkənar seçkilər tələb edib və özünün yeni siyasi proqramını açıqlayıb.

"Biz yeni Seçki Qanunu və yeni Mərkəzi Seçki Komissiyası ilə növbədənkənar seçkilərin təyin edilməsini tələb edirik”, - Saakaşvili bildirib.

Saakaşvili həmçinin qeyd edib ki, Prezident, Prezident Aparatı, Rada "kim meydana çıxsa, Kremlin agentidir” şəri yaxmaqla insanları aldadır. Aksiyada bir neçə min nəfər iştirak edib.

Hərəkatın liderlərindən David Savkarelidze mediaya açıqlamasında hərəkata bir neçə siyasi qüvvənin birləşə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, "Demokratik alyans”la birləşmə gündəmdədir. Həmçinin Lvovun keçmiş meri Andrey Sadovun Özünəyardım Partiyası ilə birləşmənin mütləq olacağı vurğulanıb.

Analitiklər hazırda Saakaşvilinin reytinqinin Ukraynada 2 faiz civarında olduğunu ehtimal edirlər.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300