"DEVLET” Dərgisi, Milli Düşüncə Mərkəzi və Yeni Türkiyə Strateji Araştırma Merkezinin yaxın şərq mütəxəssisi, güneyli Soydaşımız Rəhim Cavadbəylinin Türkiyədə "Kürdlərin kökəni” adlı kitabı işıq üzü görüb.

 

Kitabda kürd tayfalarının Hindistan mənşəli olmaları, həm boy adları, həm geyimləri, həm biotipoloji formaları, həm də həyat tərzi ilə sübut edilir. Bu mövzunun dərindən araşdırılması məqsədilə elmi qrup halında Hindistan xəritəsində göstərilən bölgələrdə geniş elmi araşdırma aparılması maraqlı olardı.


Şərqşünaslar, xüsusilə Britaniya tarixçiləri əsrlər boyu Hindistanda fəaliyyət göstərmələrinə baxmayaraq, bir çox kürd mənşəli tayfaların Hindistandan olduğunu bilmələrinə və onların son köçündə böyük rol oynamalarına baxmayaraq, bu mövzunu daim gizli saxlamağa çalışıblar. Kürd tayfalar özlərini bölgənin əsl sakinlərindən biri kimi apararaq, yaşadıqları dövlətlərin - İran, Türkiyə, İraq və Suriya ərazisində etnik qarşıdurmalara zəmin hazırlamışlar.

 Günümüzdə "kürt Sorunu" adı verilən mövzunun nəzəri mənşəyinin qəsdən yalan və yanlış tarix anlayışından qaynaqlandığı aydın olur. Kürd ziyalıları, bir çox şərqşünaslara inanaraq, əsrlərlə qardaşcasına yaşadıqları millətlərə, nifrət püsgürməyə başladılar. Bu nifrətin nəticəsi tökülən və axıdılan qardaş qanıdır.


Burada, kürdlərin (böyük əksəriyyətdə), lorlar (qismən), gilək və Mazəni deyilən birliklərin (müəyyən bir qismi) və fars dillilərin (ortalama yarısı) Hindistandakı əşirətlərlə eyni kökdən olmaları və qəti əksəriyyətlə İslamdan sonra Türk Dövlətləri tərəfindən bu bölgələrə köçürülmələri sübut edilir.


Müəllifin fikrincə türk, kürd, fars dilli, ərəb, lor, gilə, qaraçı və başqaları fərd olaraq tam bərabər hüquqa malikdir. Yaşadığımız bölgədə bərabər və qardaşcasına birlikdə sülh şəraitində yaşamaq hamımızın insani, dini və milli vəzifəsidir.

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300