Realliq.info saytının baş redaktoru İkram Rafiqoğlu Sumqayıt şəhər məhkəməsinin qərarı ilə CM-nin 147.2-ci maddəsinə əsasən 1 il azadlıqdan məhrum edilib.

Bu barədə Qaynarinfo.Az-a "Bakunews.az" saytının təsisçisi Mirkənan Seyidov məlumat verib. 

Qeyd edək ki, Realliq.info saytının baş redaktoru İkram Rafiqoğlu mətbuata açıqlamasında xüsusi ittiham qaydasında məhkəmə tərəfindən icraata götürülən işin ona aidiyyatı olmadığını, "Hürriyyət” qəzetində dərc olunan məqalənin müəllifinin başqası olduğunu və qəzetin deyil, onun məhkəmədə təqsirləndirilən şəxs kimi iştirakının tələb olunmasını anlamadığını bildirmişdi və xüsusi ittiham qaydasında şikayətdə qeyd olunan yazı "Hürriyyət” qəzetində dərc olunsa da məqalənin müəllifi İkram Rafiqoğlu deyil və Rəşad adlı yazardır: 

"Əslində anlamırdım ki, bu məhkəmə prosesinin mənə nə aidiyyatı var. Lakin, Sumqayıt şəhər məhkəməsinin sədri Zeyqəm Hüseynov və İlyas Mahmudovla birincinin otağında görüşüb söhbət edəndən sonra anladım ki, sifariş və ya tapşırıq "yuxarıdan” gəlib. Məhkəmənin sədri Vüqar Qələndərov adlı şəxsi müdafiə edir. Halbuki, həmin şəxsin qanunsuz əməlləri Vergilər nazirliyi tərəfindən aparılmış yoxlamaların nəticəsi olaraq aktlaşdırılıb və sənədlər məhkəməyə təqdim edilib. Vüqar Qələndərovun prosesdə heç kim olduğunu bildirən Zeyqəm Hüseynov tapşırığın yuxarıdan gəldiyini iddia edir".

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300