Ötən gün İranda baş verən qatar toqquşması nəticəsində həyatını itirənlərlə bağlı İranın Yol və Şəhərsalma naziri Abbas Əhməd Axundinin açıqlaması ciddi etiraza səbəb olub.

Axar.az "Farsnyus”a istinadla xəbər verir ki, nazirin "narahatlığa səbəb yoxdur, ölənlərin hamısı sığortalanıb” deməsi əhali arasında əks-səda doğurub. Bu sözü ölənlərin ruhuna hörmətsizlik sayan İran xalqı nazir barədə hökumətin ölçü götürməsini istəyir.

Xatırladaq ki, ötən gün Semnan-Məşhəd və Təbriz–Məşhəd qatarlarının toqquşması nəticəsində 4 vaqon relsdən çıxıb və aşıb, 7 vaqonda yanğın baş verib. Son məlumata görə, 44 nəfər həlak olub, 100-dən çox yaralı var.

Nazir Abbas Axundi Türkmənistana ötən gün nəzərdə tutulan səfərini təxirə salaraq, təcili hadisə yerinə getmişdi.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300