"Dövlətin AZTV və İTV-yə ayırdığı vəsaitin düzgün xərclənməsinə ciddi nəzarət olunmalıdır”

Qulu Məhərrəmli: "Cəmiyyət maraqlarına xidmət edən telekanalın müsbət imici olmalıdır, tamaşaçı ona etimad göstərməlidir”

Ölkədəki maliyyə böhranının getdikcə dərinləşməsi və bütün sahələri tam formada əhatə etməsi göz önündədir. Vəziyyətin acınacaqlı olmasını hakimiyyətin rəsmi təbliğat ruporlarına ayrılan vəsaitin azaldılması da sübut edir. 2017-ci ilə dövlət televiziyasının müdcəsi bu ilkindən az olacaq. Fins.az-ın məlumatına görə, hazırda büdcədən iki TV-yə AzTV və İctimai TV-yə vəsait ayrılır. 2017-də büdcədən maliyyə ayrılan TV-lərin hər birinin vəsaiti 2016-cı illə müqayisədə təxminən 4 milyon manat azalacaq. İctimai TV-nin xərcləri 15.5 mln. manatdan 11.5 mln. manata, AZtv-nin xərcləri 35.5 mln. manatdan 31.7 mln. manata endirilir. QHT Şurasının da büdcəsi 1.5 mln. manata yaxın azalacaq və 2016 üçün nəzərdə tutulan 6.5 mln. manatdan 5 mln. manata qədər azaldılır. Bununla yanaşı, KİV-ə Dəstək Fondunun büdcəsi dəyişmir – təxminən 4 mln. manat səviyyəsində saxlanır.

Onu da vurğulamaq yerinə düşər ki, istər AZTV-yə, istərsə də İTV-yə ayrılan vəsait hələ də kifayət qədər yüksəkdir. Amma bununla belə hər iki kanal reytinqinə görə digər komerssiya kanallarından kəskin geri qalırlar.

Professor, media eksperti Qulu Məhərrəmlinin fikrincə, 2017-ci il üçün ölkə büdcəsinin azalması fonunda gələn il AzTV və İctimai TV-yə ayrılan vəsaitin də qismən azaldılması mənə təbii görünür. Q.Məhərrəmlinin sözlərinə görə, amma həmin "media qurumları ayrılan vəsaitin müqabilində dövlət və cəmiyyət qarşısında etimadı doğruldurlarmı” sualına müsbət cavab vermək çətindir: "Ona görə də indiki halda, xüsusən AzTV-yə ayrılmış 31.7 milyon manat mənə, hətta bir qədər şişirdilmiş görünür. Dövlət bu vəsaiti ona görə ayırır ki, məsələn, AzTV inkişaf etsin, dövlət siyasətini kütlələrə çatdırmağın daha cazibədar formalarını tapsın, daha baxımlı proqramlar hazırlasın, cəmiyyətin duyğu və düşüncələrini dilə gətirsin, geniş auditoriya toplasın, yəni maddi sıxıntı çəkmədən öz yayımını yüksək səviyyədə həyata keçirsin. Həm də uşağa da aydındır ki, cəmiyyət və ümumdövlət maraqlarına xidmət edən telekanalın müsbət imici və nüfuzu olmalıdır, tamaşaçı ona etimad göstərməli, sözünə inanmalıdır. Təəssüf ki, AzTV-nin indiki durumu haqqında bu sözləri demək olmur. AzTV-nin maliyyələşməsi ilə bağlı belə bir tendensiya aydın sezilir ki, Arif Alışanov bura sədr təyin olunduqdan sonra ildən-ilə bu qurumun büdcəsi artırılır. Məsələn, 10 il əvvəl AZTV-nin büdcəsi təxminən 12 milyon manat idi. O zaman şirkətdə 3 minə yaxın əməkdaş çalışırdı, redaksiyalar normal fəaliyyət göstərir, hamı sabit maaş alırdı. Bundan başqa hər baş redaksiyanın saat həcminə görə qonorar və quruluş haqqı fondu var idi. Ayrılan pulların düzgün xərclənməsinə kollektiv nəzarət edilirdi. Baxın, son on ildə qurumun büdcəsi üç dəfədən çox artırılıb, əksinə, əməkdaşların təxminən yarısı ixtisar olunub, çalışanların yalnız üçdə biri maaş alır, yaradıcı işçilərin çoxu cüzi qonorarın ümidinə qalıb”.

Q.Məhərrəmlinin sözlərinə görə, düzdür, bu müddətdə xüsusi xərc tələb etməyən əlavə iki kanal açılıb, ciddi yaradıcılıq uğurları olmasa da, AzTV ən müasir texnika ilə təchiz edilib, amma bunlar ayrılan vəsaitin az bir hissəsi hesabına formalaşdırılıb: "Əlbəttə, vəsaitin ayrılması bir məsələdir, onun düzgün xərclənməsi başqa məsələ. Son illər AzTV-nin maliyyə fəaliyyəti ilə bağlı mətbuatda gedən araşdırma yazıları çox adamda dövlətin ayırdığı maliyyə vəsaitinin düzgün xərclənməməsi qənaətini formalaşdırır. Deməli, televiziyanın inkişafına daim qayğı göstərən dövlətin indiki çətin maliyyə şəraitində ayırdığı vəsaitin düzgün xərclənməsinə ciddi nəzarət olunmalıdır”.

Hikmət, azadliq.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300