AKİF SƏLİMOV HƏBS EDİLSİN! ŞOK !!! VİDEO MÜRACİƏT
 
LİDERİNFO.AZ saytı Laçın rayon sakinlərinin müraciət və şikayətlərini videolentə alıb .Həmin müraciətin həm yazılı formasını həm də videosunu ULUYOL.İNFO oxuculara çatdırır: 


Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevə
Laçın rayon sakinləri Məmmədov Yapon Məmməd oğlu,
Həsənov Rahim Əşrəf oğlu,Zeynalov Allahverdi Məhərrəm oğlu,
Mahmudov Hüseyin Bəhmən oğlu, Baxışov Müqabi Baxış oğlu 
tərəfindən : 

MÜRACİƏT!

Möhtərəm Prezident!

Biz Respublikada son zamanlar baş verən xoşagəlməz hadisələri ürək ağrsı ilə izləyirik və bu işləri törədən insanlara ələlxusus dövlət məmurlarına Azərbaycan dövlətinə qarşı etdikləri xəyanətə görə yediyi çörəyə xəyanət etdiyinə görə ar olsun deyirik. 

Bütün bu xəyanətkarların layiqli cəzasını verilməsində sizə uğurlar arzulayırıq. İstər xarici, istər daxili siyasətin Azərbaycanın maraqları çərçivəsində qurulmasında Allahdan kömək diləyirik. 

Hörmətli cənab Prezident !

Çox təəssuflər olsun ki Laçin rayon İcra Hakimiyyətinin başçısi Akif Səlimov nəyinki Azərbaycan qanunlarına məhəl qoymur,hətta Rayon sakinlərinə qarşı çox hörmətsizlik edir. 

Biz Azərbaycanda elə bir rayon tanımırıq ki, onun başçısından Akif Səlimov qədər narazılıq və şikayət olunsun. Akif Səlimov rayon sakinlərini bilərəkdən dövlətdən narazı salmağa çalışır.O bu iş üçün polis təcrübəsindən isdifadə edir. Rayon sakinləri A.Səlimovun zülümündən bir neçə dəfə Ağcəbədi , Zərdab yolunda çıxıb etiraz ediblər. Ancaq polis muqavimətinə rast gəliblər.Döyülüb, təhqir olunublar bir neçəsi həbs olunub. A . Səlimovun Korrupsiya və rüşvət əməllərindən yazmıram. Çunki bu barədə dəfələrlə mətbuatda sosial şəbəkələrdə çox geniş səviyyədə yazılar dərc olunub. Təəssüflər olsun ki bir nəticə yoxdur.

Biz A.Səlimovun pul yığma əməlləri korrupsiya və yaxud rüşvət kimi qiymətləndirmirik. Çunki korrupsiya rüşvət bir qədər xəlvət gizli olur.Amma A. Səlimov rayon İcra hakimiyyətinin inzibati binasını biznes mərkəzinə çevirib. Orda ancaq sövdələşmə gedir. Buda ki, rüşvət sayılmır.

Hörmətli cənab Prezident!

Biz Laçınlılar tarixən ata-babadan üzü bəri kəndindən, ərazisindən asılı olmayaraq bir birimizə əmioğlu demişik. Çox təəssuflər olsun ki A.Səlimov rayonda olan bu doğmalığa da nifaq toxumu səpmək istəyir, milli munaqişə yaratmağa çalışır. Rayon sakinlərinin bir qismini kürdsünüz, bir qisminə gəloxçusunuz, bir qisminə Azərbaycanlısiniz , hansısa millətsiniz kimi xoşagəlməz ifadələr işlədir. Bununla da kifayətlənmir sosial şəbəkədə təhqir elətdirir. 

Belə hadisələri sakinlər çox pis qarşlayir.Rayon rəhbəri rayonda sakiçilik əmin amanlq yaratmaq əvəzini sakinlər arasında belə xoşagəlməz munaqişə toxumunun səpməsi heç də başa düşülən deyil. Laçın sakinləri A.Səlimovun əlindən cana doyublar. Taxta körpu qəsəbəsində Ağcabədi Bakı yoluna çıxıb heç kimə-heç nəyə ziyan törətmədən Bakıya Prezident Aparatının qarşısına toplaşıb A.Səlimovun zülümündən xilas olmaq üçün cənab Prezdent sizdən xahiş edəcəyik.
ŞOK !!! VİDEO MÜRACİƏT- AKİF SƏLİMOV HƏBS EDİLSİN!
Yeganə əlacımız budur. Çunki A.Səlimovun əmələrindən yazilan bütün şikayət ərizələri icra olunmaq üçün A.Səlimovun özunə göndərilir.

.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300