Ermənistanda müxtəlif səbəblərdən orduda övladları həlak olan hərbçilərin valideynlərinin etirazı daha geniş xarakter alır.

Noyanbrın 24-də övladları döyüş şəraitində ölən hərbçilərin anaları Nazirlər Kabinetinin binası önündə aksiya keçiriblər.

Onların fikrincə, hərbi xidmət zamanı ölən, yaxud yaralanan hərbçilərin ailələrinə yardım fonduna işləyən hər kəsin əmək haqqından ayda tutulacaq 1000 dram (2 dollara yaxın) bu məqsədlə istifadə olunmayacaq.

"Görün, nə baş verir? Yoxsul xalqdan 1000 dram yığmaqdansa, oğurladıqlarını qaytarsınlar. Onlar bu vəsaiti də sovuracaqlar. Deyəcəklər ki, əsgər sərhəddə intihar edib, bunu bəhanə edib həmin vəsaiti mənimsəyəcəklər”, - 2010-cu ildə oğlu Artur Qazaryan Qarabağda ölən əsgərin anası deyib.

Onun sözlərinə görə, Ermənistanın baş prokuroru Artur Davtyan ölən əsgərlərin valideyinlərinin hər biri ilə ayrılıqda görüşməyə söz versə də, buna əməl etmir.

"Məgər Davytanın mənim oğlumun hansı şəraitdə ölməsindən xəbəri yoxdur? Orada hər şeyi bilirlər. Unutmasınlar, nə qədər ki sağam, oğlumun ölümünə görə qisas almağa çalışacağam. Onun qanı bunların əlindən silinməyəcək. Onların nə etməsindən asılı olmayaraq, axıra qədər gedəcəyəm”, - Qazaryan vurğulayıb.

O, aksiya zamanı baş prokurorun müavini Armen Arutyunyanın hökumətin binasından çıxdığını görüb yaxınlaşmaq istəyib. Ancaq təhlükəsizlik xidmətinin əməkdaşı buna imkan verməyib.

Bununla da kifayətlənməyən həmin əməkdaş Qazaryanın oğlunun fotosunu əlundən çəkərək cırıb və yerə atıb.

"Mənim oğlumu kimin öldürdüyünü bilməyə haqqım yoxdur?”, - erməni qadın hiddətlə soruşub.

"20 il ərzində dinc şəraitdə orduda nə qədər ölən olub, bu işlərin hamısının üstü açılacaq. Bunlar zəncirvari cinayətkarlardır – müdafiə naziri və baş prokuror”, - bunu isə dinc şəraitdə orduda ölən hərbçi Arman Muradyanın atası Ovsep Muradyan bəyan edib.

O, qeyd edib ki, keçmiş müdafiə naziri Seyran Ohanyan da cinayətkardır.

Ohanyanın müxalif mövqedən çıxış etmək niyyətinə gəldikdə, Ovsep Muradyan deyib ki, bu oyundur: "Seyran Ohanyan heç vaxt müxalifətçi ola bilməz. Çünki hakimiyyət Ohanyanın "quyruğundan” yapışıb, onu istədikləri kimi fırladacaqlar. Bu yalnız xalqın gözünə kül üfürmək olacaq”, - Muradyan bildirib. (modern.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300