"Üzücü oyun oldu. Uşaqlar yaxşı oynasalar da, adi diqqətsizliyə görə qapımızda qollar gördük”. 

Musavat.com xəbər verir ki, bu sözləri "Qəbələ”nin məşqçisi Sənan Qurbanov deyib. 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Anderlext”i qəbul edən "qırmızı-qaralar” meydandan 1:3 hesablı məğlubiyyətlə ayrılıblar. 

Matçdan sonra mətbuat konfransı keçirən Qurbanov nəticəni belə şərh edib: "Oyundan öncə də məşqçimiz uşaqları məlumatlandırmışdı ki, rəqibin heyətində çox sürətli futbolçular var.

 Komandamız yaxşı oynayıb, məğlub oldu. Ardıcıl 2 il Avroliqanın qrupunda çıxış etmək "Qəbələ” üçün yaxşı təcrübədir. Məncə, komandamız təcrübə yığa-yığa yaxşı yerə gəlib çıxacaq”. 

- Məğlubiyyətin əsas səbəbkarları kimdir?

- Mən baş məşqçinin dediklərini icra edən adamam. Sadəcə onu əvəz edirdim. Məğlub olmaq həmişə pisdir. Oyunu analiz edib, çatışmazlıqları aradan qaldıracağıq. 

- Oyundan əvvəl penaltini Rikardinyonun yerinə yetirilməsi nəzərdə tutulmuşdu? 

- Matçdan əvvəl həm Rikardinyo, həm də Filip Ozobiçə bu tapşırıq verilmişdi. Penaltini əsasən psixoloji vəziyyəti üstün olan oyunçular istifadə edir. Rikardinyo özünə daha çox inandı. O, ilk 2 epizodda topu qapıdan keçirdi. Üçüncü penaltini qaçırması isə psixoloji amillə bağlı idi. 

- Yenidən zədələnən Dabo "Qarabağ”a qarşı oynaya bilərmi?

- Həkimlər hələ konkret bir söz deməyiblər. Topuğunda ağrı var. Sabah MRT-dən sonra dəqiq biləcəyik.

Məhəmməd Türkmən, musavat.com

 



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300