Universitet rəhbərliyi tələbələri soymaq üçün bütün hazırlıqlara başlayıb 

Gəncə Dövlət Universitetində (GDU) qış smesterinə hazırlıq «yüksək» səviyyədə həyata keçirilir. JAM.AZ-a verilən məlumata görə, sözügedən ali məktəbin müəllimindən dekanına qədər, hamısı xüsusi hazırlıq içindədir və ilkin qiymətlər belə açıqlanıb. 

Məlumatda vurğulanır ki, rektor Yusif Yusifovun başçılığı ilə həyata keçirilən prosesin tək məqsədi tələbələri hər il olduğu kimi, bu dəfə jə imtahan və zaçota görə talamaqdır. Ötən il bir imtahanın qiymətini 100 manata qaldıran müəllimlərin, bu il hansı rəqəmlərdən istifadə edəcəyi hələlik məlum deyil. Lakin gələn xəbərlərdən belə başa düşülür ki, yeni «qiymət cədvəli» dekabrın 25-dən gec olmayaraq tələbələrə açıqlanacaq. 

JAM.AZ-a daxil olan məlumatlarda qeyd edilir ki, hazırda əsas diqqət tələbələrin qayıb məsələsinə yönəlib. Belə ki, imtahan öncəsi əsas gəlir yeri olan tələbələrin dərsə dəvamiyyəti, bu il də dəbdədir. İddia olunur ki, dekanlar özlərinə yaxın müəllimlərlə birlikdə hərəkət edərək, bir neçə saat əlavə dərs buraxmış tələbələri çağıraraq, onları hazırlıqlı olmağa çağırırlar. Və ya «anlaşma» şərtlərini açıqlayırlar. 

Xəbərlərdə o da vurğulanır ki, universitet rəhbərliyinə bununla bağlı tələbələrin etdiyi şikayətlərə isə baxan yoxdur. Rektor Yusif Yusifovun qəbuluna düşmək isə özü bir dəhşətli hadisədir. 

Qarşı tərəfi dinləməyə hazırıq. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300