Türkmanların yaşadığı Telafərə Haşdi Şabi deyil, polis və ordu qüvvələri daxil olacaq.

Axar.az xəbər verir ki, bu sözləri İraq Baş naziri Heydər Abadi jurnalistlərə açıqlamasında deyib.

"Təhlükəsizlik qüvvələri Mosulun şimal və şərq istiqamətlərindəki əraziləri azad etməyə davam edir. Mosulun böyük hissəsi nəzarətimizdədir. Haşdi Şabi qruplaşması Sincarla Telafər arasındakı yolu kəsib. Mosul Suriya sərhədinə qədər bütün bölgələrdən mühasirəyə alınıb. Haşdi Şabi Telafərə qədər irəliləməyi bacarıb. Lakin həmin şəhəri polis və ordu qüvvələri İŞİD-dən alacaq. Telafər xalqının ən qısa zamanda evlərinə dönməsini istəyirəm”, - Abadi vuğulayıb.

Qeyd edək ki, Türkiyə rəsmiləri açıqlamalarında dəfələrlə şiə Haşdi Şabi qruplaşmasının türkman şəhəri Telafərə girməsinə icazə verməyəcəklərini bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300