Suriya ordusunun əsgərləri  Suriyanın  Lazkiyə şəhərinin  şimalında yerləşən  Türkmən dağı  bölgəsində müxaliflərə aid mövqelərə qarşı hücuma keçib.

Avropa.info türk mediasına istinadən xəbər verir ki, günün ilk yarısından başlayan  hücumun ilk anlarında rejimə məxsus  topçu batareyaları  Sarraf , Ayn İsa, Kələz kəndləri ilə cəbhə xəttinin arxasında yerləşən Yamadı və Sallur kəndlərini intensiv atəşə tutub.

Sarraf bölgəsində müxaliflər tərəfindən yerləşdirilmiş minaların partlaması nəticəsində ən azı 8 Əsəd əsgəri ölüb.  Tuffahiyədə isə müxaliflərin qarşılıq verməsi nəticəsində 10 rejim əsgərinin öldürüldüyü qeyd edilir.

Hazırda bölgədə ciddi qarşıdurma baş verdiyi bildirilir. Rejim əsgərlərinə qarşı türkmən qrupların, Feylakuş Şam, Ahraruş Şam və Sahil Diviziyası müxalif qruplaşmalarının vuruşduğu qeyd edilir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300