ABŞ-ın Florida Universitetinin alimləri super-kondensatorun prototipini hazırlayıb.

Novator.az-ın məlumatına görə, yeni texnoloji prosesin köməyi ilə sürətli enerji yığan yüksək tutumlu batareyalar yaratmağın mümkün olacağı açıqlanıb. Qeyd olunur ki, yeni batareyalar enerjini adi litium-ion elementindən 20 dəfə çox saxlaya biləcək.

Florida Universitetinin əməkdaşı Nitin Çudxari bildirib ki, yeni ixtiranın köməyi ilə mobil telefonlar bir neçə saniyə ərzində enerji yığacaq və bir həftə ərzində telefonu doldurmaq lazım gəlməyəcək.

Mütəxəssisin sözlərinə görə, hazırda istifadə olunan litium-ion akkumulyator batareyalarını 1500 dəfə enerji ilə doldurmaq olur. Sonra onların istifadə dövrü bitir və batareyalar zəifləyir. Yeni prosesin yaradıcıları bildirirlər ki, onların ixtira etdikləri super-kondensator hətta 30 min dəfə tam enerji yığdıqdan sonra da deqradasiyaya uğramayacaq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300