Turnir cədvəli baxımından şansımız qalmayıb. Buna baxmayaraq, sabah yaxşı oynamaq istəyirik”. 

Bu sözləri "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
 
Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ” sabah Belçikanın "Anderlext” klubunu qəbul edəcək. Matçdan öncə mətbuat konfransı keçirən Qriqorçuk bunları deyib: "Avroliqanın hər bir oyunu bizim üçün böyük hadisədir”. 

Qriqorçuk daha sonra jurnalistlərin suallarını cavablandırıb: 
 
- "Sent-Etyen”lə oyundan sonra demişdiz ki, rəqibiniz güclü çempinatda çıxış etsə də, onlarla başabaş oynadınız. Sabah üçün də bu fikir keçərli ola bilərmi?

- Biz başa düşürük ki, bütün rəqiblərimiz bizdən güclüdürlər. Başa düşürük ki, şansımız qalmayıb. "Qəbələ” ən yaxşı oyununu göstərə bilsə, qələbə şansı yarana bilər. Səhv buraxmamalıyıq. "Sent-Etyen”lə görüşdə buraxdığımız səhv qələbə arzumuzun üstündən xətt çəkdi. Şans da bizim tərəfimizdə olmalıdır. Bunlar hamısı üst-üstə düşdüyü halda, qalib gəlmək şansımız var.
 
- Sabah hansısa futbolçunuz oyunu buraxacaqmı?

- Dabo və Kvekveskiri komandaya dönüb. Zenyov sabah meydana çıxmayacaq. Ancaq digər futbolçularımız hazırdırlar. Ümid edirəm ki, həm Dabo, həm də Nika hazırda yaxşı formadadırlar. Sabah heyətdə əvvəlki oyunlarda az şans əldə edən futbolçular yer alacaq. İstəyirik ki, onlar da güclərini, nə qədər hazır olduqlarını göstərsinlər.
 
- Sabahkı oyuna hansı motivasiya ilə çıxacaqsız?

- Mən təsəvvür edə bilmirəm ki, hansısa futbolçuya Avropa Liqasının qrup oyunu maraqlı olmasın. Belə olsa, təəccüblənərəm və həmin futbolçu mənim gözümdən düşər. Çünki Avroliqanın qrupuna çıxıb, 6 oyun keçirmək futbolçunun təcrübəsini artırması üçün yaxşı şansdır. Hər bir oyunçu belə turnirlərdə özünü yaxşı tərəfdən göstərsə, digər klubların diqqət mərkəzinə düşür. Odur ki, onlarda motivasiya yüksək səviyyədədi.
 
- Adətən Sənan Qurbanov baş məşqçini əvəzləyəndə "Qəbələ” uduzmur. Necə düşünürsüz, sabah da bu statistika davam edəcəkmi?

- Ümid edirəm ki, bu ənənə sabah da davam etsin (gülür).

- "Anderlext” qrupdan çıxmaq vəzifəsinin öhdəsindən hələ ki, gəlməyib. Bu mənada, rəqib oyuna psixoloji gərginliklə çıxacaq. Bunu sizin üçün üstünlük saymaq olarmı?

- Bəli, biz psixoloji üstünlüyə malik olacağıq. Nəzərə alaq ki, rəqib son oyunlarda istədiyi futbolu göstərə bilmir. Psixoloji cəhətdən biz rəqibdən üstünük. Amma futbolda ustalıq səviyyəsi baxımından üstünlük daha vacibdr.
 
- Seçim şansınız olsaydı, hansını seçərdiz: "Anderlext” üzərindəki qələbəni, yoxsa "Qarabağ”la oyundakı qalibiyyəti?

- Əlbəttə ki, "Qarabağ”la oyundakı qələbəni... İndiki məqamda bunu etmək daha çətindir. 

Daha sonra "Qəbələ”nin hücumçusu Baqali Dabo oyunla bağlı fikirlərini bölüşüb: "Sabahkı oyuna tamamilə hazıram. Əlimdən gələni edəcəm. Uzun müddət idi ki, zədə üzündən meydana çıxmırdım. Amma artık hazıram. Yenə bütün bacarığımı göstərəcəyəm”.

Məhəmməd Tükmən, musavat.com
 




Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300