Türkiyənin İŞİD-ə qarşı apardığı mübarizədə PKK-nın Suriya qolu YPG silahlılarının ələ keçirdiyi Mənbic şəhəri maneə olaraq qalır.

Avropa.info xəbər verir ki, regiondan gələn xəbərlərə görə Türkiyəyə məxsus təyyarələr üç gündür ki, Mənbicin qərbindəki mövqeləri vurur.


Dünən Ankarada çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin bu məsələdə qətiyyətini bir daha ən yüksək səviyyədə dilə gətirib:

"Hazırda Əl Babın qapısındayıq. Əl Babı qərbdən mühasirəyə aldıq. Kifayət etməz, oradan da Mənbicə doğru gedəcəyik. Niyə Mənbicə gedəcəyik? Çox maraqlı olduğumuz üçün deyil. Mənbicdə PYD var YPG var. Onlar da oranı tərk etsin, şərqə çəkilsin. Bunu dedik. "Gedəcəklər” dedilər, "Getsin” dedik. Bu ana qədər bir hissəsinin getdiyini deyirlər. PYD və YPG-nin oranı tamamilə boşaltmasını istəyirik. Çünki o torpaqlar terror təşkilatlarının deyil, oralar ərəblərin torpaqları idi” – Ərdoğan belə deyib.

Ərdoğan türk ordusunun Raqqa əməliyyatında da iştirak etməyə hazır olduğunu bildirib:
"Gəlin, Rəqqaya da birlikdə müdaxilə edək. Rəqqaya müdaxilə etdiyimiz zaman da PYD, PYG ilə deyil – onların qoyun bir tərəfə, çünki onlar terror təşkilatı. Sənin nə işin var terror təşkilatı ilə? Türkiyə ilə koalisiya qüvvələri bu işi birlikdə görə bilmiriksə, oradakı 1500-2000 DAEŞ-çini çıxarıb ata bilmiriksə, vay halımıza. Necə dövlətlərik biz? İndi gözləyirik. Təmənna edirəm ki, bu məsələdə həmrəylik olar və Rəqqanı DAEŞ terror təşkilatından təmizləyərik. Bu addımı atarıq. Beləliklə cənub-şərqimizi terror təhlükəsindən təmizləyərik”.

Qeyd edək ki, Suriyanın Mənbic şəhəri PKK-nın Suriya qolu PYD/YPG-nin əlindədir. Şəhərdə ABŞ ordusunun hərbi bazasının yerləşdiyi deyilir. ABŞ xüsusi təyinatlıları terrorçulara silahlı dəstək verir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300