"ABŞ-ın İrana qarşı sanksiyaları 10 illik uzatması Hərtərəfli Birgə Fəaliyyət Planının pozulması deməkdir, biz hökmən buna reaksiya verəcəyik”.
 
APA-nın Tehran bürosunun məlumatına görə, bu sözləri İranın ali lideri ayətullah Seyid Əli Xamenei "Bəsic” könüllülər təşkilatının komandirləri və üzvləri ilə görüşdə deyib.
 
Ayətullah Xamenei bildirib ki, Amerikanın hazırkı hökuməti indiyədək nüvə sazişi məsələsində dəfələrlə öhdəliklərini yerinə yetirməyib: "Onlardan ən yenisi sanksiyaların 10 il müddətinə uzadılmasıdır. Əgər bu sanksiya icra olunarsa, Hərtərəfli Birgə Fəaliyyət Planı pozular. Onlar bilsinlər ki, İslam Respublikası buna reaksiya verəcək”.
 
İranın ali rəhbəri çıxışının davamında qeyd edib ki, "Bəsic” inqilab dövrünün heyrət doğuran fenomenlərindən biridir: "Bu fenomenin yaradılması üçün imam Xomeyniyə Allah tərəfindən ilham verilmişdi ki, islam inqilabının taleyini gənclərə tapşırsın”.
 
Qeyd edək ki, ötən həftə ABŞ Konqresi İrana qarşı daha öncə tətbiq edilmiş sanksiyaların müddətini daha 10 il uzadıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300