Sosial şəbəkədə Cəlilabadda iş adamı Elşad Təhməzovun həbs edilməsi haqqında məlumat yayılıb.

"Qeyri-etik şəkillərə görə hər kəsdən üzr istəyirəm, amma başqa çıxışım yox idi. Bu gün, Elşad Təhməzovu Bakıdə həbs ediblər. Əziz Əzizov  (Cəlilabadın icra başçısı) nəhayət ki, Elşadı ələ keçirə bildi. Şəkildəki qızı rayonumuzun gəncləri yaxşı tanıyır… İddiaya görə, Elşad bu "günahsız” qızı zorlayıb, amma hər kəsə aydındır ki, bu Əziz Əzizov və Eldar Səfərovun bir planıdı. .. Əsas məsələ Əzizova maneçilik törədən Elşadı aradan götürmək idi, onu da ustalıqla bacardılar”, – bunu Cəlilabad sakini feysbuk səhifəsində yazıb, şəkildə olan qızların (onların adları da çəkilir) icra başçısının tapşırığı ilə iş adamının üzünə durduğunu iddia edib.

Cəllibadda olan başqa bir mənbə isə "Basta”ya bildirib ki, əslində məsələnin məğzi tam başqadır.

"Əslində bu məsələ Elşad  Təhməzovla Əziz Əzizov arasında deyil.  Onlar bir-biri ilə isti münasibətdə olublar, məsələnin kökündə başqa intriqa dayanır. Söhbət icra başçısı ilə polis rəisi arasında olan intriqadan gedir. Burada haqqında danışmaq istəmədiyim, amma bütün cəlilabadlıların bildiyi bir şıdırğı gəlir sahəsi var, unun üzərində nəzarəti ələ almaq uğrunda mübarizə gedir.  Cəlilabadın mal bazarı Elşad Təhməzovun ailəsinə məxsusdur. Eşlad gil nəsilliklə hakimiyyətə sadiq adamlardı. Təhməzovu müdafiə edənlər hesab edirlər ki, Əziz Əzizov aralarında olan sıcaq münasibətə görə, onu vəziyyətdən çıxarmalıydı. Əziz Əzizov isə iki səbəbdən bunu etmir. Ehtimal olunur ki, Əzizov perspektivdə Mal bazarını bunların əlindən almaq istəyir. İkincisi, indi Cəlilabaddda icra başçısı ilə polis idarəsi arasında başqa bir intriqa var – Əzizov həmin intriqanın böyüməsini istəmir”, – mənbə deyib.

Mənbə iddia edir ki, rəislə başçı rayonda hər kəs üçün bəlli olan bir sahəyə nəzarət uğrunda bir-biri ilə mübarizə aparırlar. 

Mənbə bildirir ki, Elşad Təhməzovun saxlanması haqqında qərar çoxdan qəbul edilsə də, onun həbs olunduğu barədə məlumat yalnız dünən yayılıb.

"Bu cinayət işi 2011-ci ildə başlanıb. Sonra adı çəkilən qızın Lənkəranda pasport qeydiyyatı olduğu üçün, işi də Lənkəran Polis İdarəsi aparıb. Lənkəranda Elşad Təhməzov işi öz xeyrinə həll etmişdi. Təkrar şikayətdən sonra işi Cəlilabad Polis Şöbəsinə təkmil istintaqa qaytarıblar. Bundan sonra məhkəmə Elşad Təhməzovun saxlanması haqqında qərar verib”, – mənbə bildirib.

"Qeyri-etik şəkillərə görə hər kəsdən üzr istəyirəm, amma…”

celilabadda-is-adami-niy%c9%99-tutuldu

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300