Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov haqqında mətbuatda vaxtaşırı təzadlı informasiyalar yer alır. Onun "Rabitə işi” ilə əlaqədar istintaqa çağrıldığı barədə də söhbətlər səngimir. Qeyd edək ki, "Rabitə işi”nin istintaqı sabiq məmurların ciddi korrupsiya əməllərini açıb ortaya qoymaqdadır.

Diqqət çəkən digər bir məqam keçmiş nazirin hələ də YAP-ın üzvü olaraq qalmasıdır.

Yaxın vaxtlarda keçmiş nazirin YAP-dan uzaqlaşdırlması məsələsi gündəmə gələ bilərmi?
Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə, Modern.az-a açıqlamasında YAP-dan hansı formada uzaqlaşdırılmağın mümkün olduğu barədə danışıb.

"Yeni Azərbaycan Partiyasından 3 halda çıxmaq mümkündür. Birinci halda şəxsi təşəbbüslə.. bu zaman partiyadan çıxmaq barədə ərizə ilə müraciət olunur. İkinci halda, cinayət hadisəsi törədərsə, üçüncü halda isə partiyanın imicinə xələl gətirən hərəkətə yol verərsə.. bu hallarda şəxsin partiyadan çıxarılması mümkündür”.

YAP-çı deputatın sözlərinə görə, hələ ki Əli Abbasovun YAP-dan çıxmaq məsələsi gündəmdə deyil.

"Düzdür, Əli Abbasovla bağlı mətbuatda çox yazılar yazılır. Hələ ki onun haqqında nə məhkəmə qərarı, nə də cinayətlərdə iştirakı barədə rəsmi bir açıqlama var. Ona görə də partiya Əli Abbasovun üzvlük məsələsinə hələ ki baxa bilməz. Bu baxımdan prosesin gedişatından asılı olaraq qərar da qəbul edilə bilər. Amma hələ ki bu məsələ gündəmdə deyil”.

Qeyd edək ki, Əli Abbasov hazırda YAP Siyasi Şurasının üzvüdür.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300