Jam.az" (Jurnalist Araşdırma Mərkəzi) saytının baş redaktoru Fikrət İbişbəylinin (Fərəməzoğlu) məhkəməsi başlayıb. Noyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmədə vəkil Elçin Sadıqov cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqda vəsatət qaldırıb.

"MÖTƏBƏR SÜBUT YOXDU”

"İstintaq zamanı Fikrət Fərəməzoğlunun müdafiə hüququ kobud şəkildə pozulub. Onun cinayət törətdiyini təsdiqləyən heç bir mötəbər sübut yoxdu. Dəfələrlə ekspertiza keçirilməsi, əl-barmaq izlərinin götürülməsi haqda vəsatətlər qaldırmışıq, təmin olunmayıb", – Elçin Sadıqov deyib.

Vəkilin daha bir vəsatəti cinayət işinə xitam verilməsə, jurnalistin barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə olub.

Hazırlıq iclasında o da bəlli olub ki, Fikrət Fərəməzoğlunu həbs edənlər arasında "Nardaran işi" məhkəməsində adı işgəncələrdə hallanan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("bandotdel") əməkdaşları İbrahim Kazımov, İslam Ağabəyov da var. Onların adları bu işdə də şahid kimi keçir.

Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra vəsatətlərin heç birini təmin etməyib.

İş məhkəmə baxışına verilib və məhkəmə dekabrın 6-na təyin olunub.

XATIRLATMA

Jam.az saytının baş redaktoru F. Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Daxili İşlər Nazirliyi (DİN) iddia edir ki, jurnalist iyunun 30-da bir sahibkardan 3 min manat alarkən saxlanıb. DİN həmçinin bəyan edib ki, F. Fərəməzoğlu bir qrup şəxslə birgə çoxsaylı sahibkar və vəzifəli şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul tələb edib.

Əgər ittihamlar sübut olunarsa, jurnalistə əmlakı müsadirə edilməklə 10 il həbs cəzası verilə bilər.

F. Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb olunub. O zaman «24 saat» qəzetinin baş redaktoru olarkən daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalisti şərti olaraq 1 il azadlıqdan məhrum etmişdi.

Azadliq.org

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300