Bu gün ABŞ dövlət katibinin müşaviri Bricit Brink müxalifət təmsilçiləri ilə görüşüb.

Görüşdə Müsavat başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli və Real vətəndaş hərəkatının təmsilçisi Natiq Cəfərli iştirak ediblər.

"Basta”nın Müsavat Partiyasından aldığı məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, siyasi məhbuslar və insan haqlarının durumu, ABŞ-da keçirilən son seçkilər və ABŞ-Azərbaycan münasibətlərinin inkişafı müzakirə olunub. 

Müzakirələrə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da qatılıb.

Bricit Brink bu gün həmçinin ölkə başçısı İlham Əliyevlə də görüşüb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300