"Siz biri-birinizi sevin ki, Mən də sizi sevim”. (Allah-təala)

Quranın 16-cı surəsi «Bal arısı» adlanır. Qeyd edim ki, ana arı öz balasını 16 gün südlə bəslədiyindən, onun haqqında olan surə də 16 rəqəmi ilə nömrələnib. Sözü gedən surədə arının misalında insanlara məhəbbət aşılanır: Bal – arının gülə olan məhəbbətinin nəticəsində yarandığı üçün həm Qərbdə, həm də Şərqdə məhəbbət rəmzi sayılır. Məhəbbət yandırıcı hiss olduğundan, bu söz «yanmaq», «alovlanmaq» sözü ilə yanaşı işlədilir.

Bu hikmət kimya elmində də özünü eyni rəqəmlər altında büruzə verir. Belə ki, Mendeleyev cədvəlinin 16-cı elementi olan Kükürd məişətimizə yandırıcı bir vasitə kimi daxil olub. Həmçinin məhəbbət insana yaşamaq həvəsi, enerji (ruh) verdiyi kimi, Kükürdün oksidləşməsindən yaranan sulfat turşusu da (H2SO4) akkumulyator istehsalında istifadə edilməklə, məişətimizə enerji mənbəyi kimi daxil olub.

Məhəbbətdə iki tərəf iştirak edir və biri olmadan o biri "yanmaz”. Bu hal kimya elmində də özünü eyniylə büruzə verir. Belə ki, 16-cı element olan Kükürd, atom kütləsi 16 (!) olan Oksigensiz yanmır.


Ən maraqlısı da odur ki, Kükürdlə Oksigenin birləşməsində Kükürdün energetik səviyyələr üzrə elektronları 2 – 8 – 6 formasında yerləşir. Bunu da bütöv oxuduqda görürük ki, "Quran”ın səhifələrinin sayına işarədir. ("Quran” nazil olandan ta XVIII əsrə qədər harada və nə vaxt çap olunmasından asılı olmayaraq 286 səhifədə yerləşdirilib; bu barədə növbəti fəsillərdə danışacağıq). 
Qeyd edim ki, 286 ədədinin əbcəd hesabı ilə cəmi (2 + 8 + 6) 16-ya bərabərdir ki, bu da "Quran”ın insanlara məhəbbət aşıladığını bir daha sübut edir: 


"Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” Quran, 30:21.

Atom kütləsi 16 olan və yanmanı təmin edən Oksigenin sıra nömrəsini (8) Kükürdün məhəbbət rəmzi olan sıra nömrəsinə - 16-ya vurduqda (8 x 16) alınan 128 ədədi «Bal arısı» surəsinin ayələrinin cəmini göstərir və elementlərlə surələr arasında olan əlaqəni bir daha təsdiq edir.


Diqqətinizi bal arısında olan digər xüsusiyyətin insanlarda özünü göstərməsinə cəlb etmək istəyirəm. Yuxarıda qeyd etdim ki, bal arısı gözəllik rəmzi olan gülə məhəbbət bəsləyir və ancaq onlarla təmasda olur.
Xatırladım ki, təbiətin gözəlliyi gül-çiçək olduğu kimi, cəmiyyətin də gözəlliyi qadınlardır. Arının gülə olan məhəbbətinin nəticəsində bal yarandığı kimi, insanın da (kişinin) qadına olan məhəbbətinin nəticəsində bal(a) yaranır və hər ikisi şirindir. Çünki ikisi də məhəbbətdən yaranır.


«Bala baldan şirindir» məsəli də məhz bu hikmətdən doğur.

Allah bal arısını həm də ailə, dövlət və ordu qurmaq üçün insanlara nümunə yaradıb. Çünki, bal arısı ailəsi öz zəhmətkeşliyi, çalışqanlığı, ciddi nizam-intizamı, təmizkarlığı və faydalılığı ilə bütün canlılardan üstündür. Məhz buna görə də Allahın məhəbbətini qazanaraq adına surə nazil olmuşdur. Buradan aydın olur ki, həmin keyfiyyətləri özündə cəmləşdirən istənilən insan həm cəmiyyətin, həm də Allahın məhəbbətini qazana bilər.


Yeri gəlmişkən, qeyd edim ki, Allahın məhəbbətini qazanmağın yollarından biri də elmdir. Bu yolda çalışan insan (tələbə) hər kitabdan bir qədər elm (şirə) toplayır və nəticədə onun da əməyi "bal"la qiymətləndirilir.


Qeyd edim ki, Rəbbim elmi və imanı çox olan bəndəsini digərlərindən daha çox sevir. Bunu Loğman Peyğəmbərin simasında aydın görmək olur. Belə ki, Allah-təala kitab verdiyi bir çox peyğəmbərlərin adına "Quran”da surə göndərməsə də, ancaq təbabət elmi bəxş etdiyi bəndəsi Loğmanın (Salam olsun!) adına 31-ci surəni göndərdi. 
Bu fakt Rəbbimin elm adamlarına olan məhəbbətinin təzahürüdür.

ELM İKİ CÜR OLUR

Elm zahiri və batini olmaqla, iki qurupa bölünür. 
Zahiri elmlər məktəbdə müəllimdən və kitabdan öyrənildiyi halda, batini elm əksinə, müəllimdən öyrəniləz. Buna elmi-ladun deyilir.

Ladun sözü ərəbcə "dərin qat” mənasını verməklə, elmin dərin qatlarına işarədir. Bu, tək zəhmətlə (oxumaqla) əldə edilə bilməyən, həm də qəlbə gələn duyumla (hissiyyatla) qazanılan bilgidir. Vaxtilə peyğəmbərlər və digər kəramət sahibləri bu cür elmə malik olublar və sirlər üzərindən pərdələri məhz bu elmlə qaldırıblar.


Deyleminin rəvayət etdiyi bir hədisi-şərifdə: "Elmi-ladun Allah-təalanın sirlərindən bir sirdir. Onun hökmlərindən bir hökmdür. Dilədiyi qulunun qəlbinə salar” – deyə buyurulmuşdur.


"Sülük-ül-Uləma” adlı əsərdə keçən bir hədisi-şərifdə: "Elmlərdən elələri vardır ki, onları ancaq mərifətullaha sahib olanlar bilirlər. Onlar bu elmlərdən xəbər verdikləri zaman mərifətullaha sahib olmayanlardan başqası onları inkar etməz” – buyrulmuşdur.

Elmi-ladun barəsində Quranın bir ayəsində belə buyrulur:
«Şübhəsiz ki, Yəqub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların əksəriyyəti (Allahın sevib-seçdiyi zatlara vəhy, ilham yolu ilə elm öyrətməsini) bilməz!» Quran, 12:68


Əziz oxucu! Əlinizdəki bu kitabda elm əsri olan XXI əsrin 16-cı ilində baş verəcək astronomik hadisələri təhlil edib, onların Yerdə baş verən hadisələrə necə təsir etməsindən danışacağıq. Bir vacib məqamı da diqqətinizə çatdırım ki, kitabdakı bütün araşdırmalar müəllifə məxsusdur və tədqiqatlar elmi-ladun üsulu ilə aparılıb.

Paşa Yaqubun "Məhəbbət ili" kitabından bir parça.

 


 


Qeyd: kitabı mağazalardan soruşa bilərsiniz :96 səhifəlik A5 farmatda yüksək keyfiyyətli kağızla çap olunmuş bu kitabın satış qiyməti cəmisi 2 manatd

ır

 

 

.

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300