11 ildir işləyən ibtidai sinif müəlliməsi, "diplomun saxtadır" iddiası ilə diaqnostik qiymətləndirmə imtahanına buraxılmır. Tragikomik xəbər Qubadandır. Rayonun Alekseyevka kəndinin məktəb direktoru da bu iddia ilə onu bir neçə il əvvəl çıxarsa da məhkəmə onu işinə bərpa edib. Digər müəllimlərdən heç də geri qalmadığını şagirdləri ilə əyani sübut etməyə hazır olan 11 illik müəllimə indi də eyni iddia ilə diaqnostik qiymətləndirmə imtahanına buraxılmır. Müəllimə başına gələnlərdə məhz direktoru günahlandırır.

"Müəllimlərin Diaqnostiq Qiymətləndirilməsi" imtahanı vermək istəsə də məktəb direktoru adını salmayıb.

Azərbaycan Ali Tədbiqi Elmlər Kollecini 1998-ci ildə bitirən Sevil Bəgəliyeva 2005-ci ildən Qubanın Alekseyevka kənd tam orta məktəbində İbtidai sinif müəlliməsi işləyir. Deyir ki, məktəbin direktoru İsa Əlixanlı 4 il əvvəl onu işdən azad edib, lakin məhkəmə qərarı ilə yenidən işə qayıdıb.

Son günlərdə Diaqnostik Qiymətləndirmə imtahanı vermək üçün qeydiyyata alınmayan müəllimə yenə direktoru günahlandırır.

Buna görə direktorla müəllimə arasında mübahisələr də olub. İsa Əlixanlı Sevil Bəgəliyevanın diplomun saxta olduğunu iddia edir. Onun sözlərinə görə müəllimənin Sənədlərini göndərsə də nazirlik təsdiqlənməmiş diplom olduğuna görə qeydiyyata almayıb.

Quba rayon Təhsil Şöbəsinin müdiri Loğman Müslümov isə bildirir ki, məsələdən xəbərdardır. Ancaq bununla bağlı son qərarı Təhsil Nazirliyi verəcək.

Təhsil Nazirliyinin rəsmisi isə deyir ki, məsələyə müraciətdən sonra baxıla bilər.

İndi 11 illik təcrübəsi olan müəllimə Sevil Bəgəliyeva problemin araşdırılması üçün nazirliyə rəsmi müraciət edəcək.//xezerxeber

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300