Futbol üzrə Türkiyə Superliqasının XII turu çərçivəsində "Fənərbağça” doğma meydanda "Qalatasaray”ı qəbul edib.

 

Uluyol.info xəbər verir ki, "Şükrü Saracoğlu" adına stadionda baş tutan derbi meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.


Oyunun qəhrəmanı Robin van Persi olub. Holland hücumçu matçda hər 2 qolun müəllifi olub.

 

"Fənərbağça” bu nəticə ilə derbidə qələbə nisbətini bir qədər də artırıb. Komanda artıq 151-ci qələbəsini hesabına yazdırıb. Keçirilən 385 matçdan 127-də "Qalatasaray” qələbəyə sevinib, 107 qarşılaşma isə bərabərlik qeydə alınıb.

 

"Fənərbağça" bu qələbə sayəsində turnir cədvəlində "Qalatasaray”ı keçərək 21 xalla 3-cü pilləyə yüksəlib. "Qalatasaray” isə 20 xalla 5-ci pillədə qərarlaşıb.

 

Türkiyə Superliqası, XII tur
21:00. "Fənərbağça" - "Qalatasaray" - 2:0
Qollar: Robin van Persi, 45, 78-pen.
 
 
 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300