Türkiyədə hərbi çevrilişə cəhd etmiş FETÖ terror təşkilatının xaricdəki rəhbərliyi və  dəstəkçiləri deşifrə edilib. Təşkilatın adları bilinən 14 nəfərlik xarici dəstəkçilərinin sayını  11-ə endirdiyi məlum olub. Yeni idarə heyətinə  Naci Tosun, Reşit Haylamaz, Mustafa Yeşil, Sadık Kesmeci, İrfan Yılmaz kimi adlar əlavə edilib. Etibarlı mənbədən verilən məlumata görə, deşifrə olunan FETÖ-çülərin vəzifələri dəyişdirilib. Təşkilata yaxın olan "Türkiyə İmamı” kimi tanınan Mustafa Özcanın rəhbərlik etdiyi quruma Naci Tosun, Reşit Haylamaz, Mustafa Yeşil, Sadık Kesmeci, İrfan Yılmaz əlavə edilib. 

İsmail Büyükçələbi FETÖ-nün Amerika üzrə, Abdulla Aymaz isə Avropa üzrə  məsul rəhbəri təyin edilib. 

Terrorçu olaraq axtarışda olan Abdullah Aymaz təşkilatın Almaniyada fəaliyyət göstərən rəhbərləri arasında yer alıb. Onun  hansı ölkədə yaşadığı bilinmir.

Etibarlı mənbənin məlumatına görə,  30 Avropa ölkəsində şəbəkələnmiş FETÖ-nün Almaniyada rəhbərləri Hayrettin Özkul, İngiltərdə Adnan Azov, Fransada Hüseyn Karakuş, Belçikada Davut Yalçındır.
20 Asiya ölkəsində yayılmış terror təşkilatının İsraildə ali icraçısı Harun Tokak, Səudiyyə Ərəbistanında Mevlüt Boztaş, Yaponiyada Mustafa Arslan, Çində Levent Oğuz, Pakistanda Ünal Toşurdur.
Terrorçu olaraq axtarılanlar siyahısında  "yaşıl kateqoriya”da olan "İsrail imamı" Harun Tokak FETÖ-PYD maliyyə əlaqələri üzrə açılmış cinayət işində ittiham edilən  iki suçludan biridir. 
FETÖ-nün Cənubi Amerikadakı strukturu da deşifrə edilib. Bəlli olub ki, FETÖ-nü Kolumbiyada Yunus Yaman, Venesuelada Eyyup Mahmud Günel, Braziliyada Həmdullah Bayram Öztürk, Çilidə Sədi Şen, Argentinada Mustafa Eker təmsil edirmişlər.  İsmayıl Büyükçelebi terror təşkilatının ABŞ, İsmayıl Nazlı Kanada, Osman Karaca Meksika, Mehmet Ünalan isə Dominikan Respublikası üzrə rəhbərləri imiş. Qırmızı xətt terrorçu axtarış siyahısında olan İ. Büyükçələbi 1997-ci ildə FETÖ-nün Çin rəhbərliyində olub. 2010-cu ildən ABŞ rəhbəriyinə gətirilib. 

Terrorçu təşkilatın 20 Afrika ölkəsində məsulu var. FETÖ-nün Misir üzrə ali icraçısı Orhan Keskin, Liviya üzrə Nurettin Kaya, Tunis üzrə Ali Kökdən, Əlcəzair üzrə  Həmid Olqun olmuşlar.FETÖ Malayziya, Sinqapur, Tayvan, Honq Konq, Vyetnam, Filippin, İndoneziya, Laos, Papua Yeni Qvineya kimi Asiya Sakit okean ölkələrində, o cümlədən  Avstraliyada da fəaliyyət göstərir.
Axtarışda olan FETÖ terrorçuları "Türkiyədə dövlət çevrilişinə təşəbbüs”, "Konsititusiyalı quruluşu devirməyə cəhd”, "Gizli məlumatların causuluq məqsədilə istifadəsi”, "Dini inanclardan istismarı məqsədilə fırıldaqçılıq" və digər cinayətlərdə ittiham edilir.

Terrorçu olaraq axtarılanlar qırmızı, mavi, yaşıl, narıncı və boz siyahı  olmaqla 5 kateqoriya bölünür. Adları çəkilənlər barədə dövlətə məlumat verənlərə  mükafat vəd edilir. "Qırmızı siyahı”dakı adlar üçün 4 milyon, "Mavi siyahı”dakı adlar üçün 1 milyon yarım, "Yaşıl siyahı”dakıları üçün 1 milyon, "Narıncı siyahı”dakıları üçün 600 min, "Boz siyahı”dakıları üçün isə 300 min lirə mükafat veriləcək.

 

Fuad,cebhe.info


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300