Azərbaycan Tədris Akademiyasının(A.S.A) yaranmasından 4 il ötür.Bu illər ərzində peşəkar müəllimlərin sayəsində artıq mətbuatımızda onlarla A.S.A. tələbəsi öz yerlərin alıblar.Müəllimlər:İlhamə Novruzova,Nərgiz Cəlilova ,İlhamiyyə Rza,Sayqa Cahid,Samirə Mustafayeva,Sənan Əlləz,Natiq Qədimov,Almaz Mahmud,Günay Malikqızı,Seymur Kazımov və başqa peşəkarlar bu illər ərzində jurnalistikanın prinsiplərin tələbələrə aşılamış və bu gündə prinsipə sadiq qalaraq tələbə hazırlayırlar.


A.S.A.-nın 4 yaşı münasibəti ilə "ULUYOL.İNFO" kollektivi adından təbrik edir,və müəllim-tələbə heyətinə uğur arzulayırıq.Elə məndə jurnalistikanın prinsiplərin A.S.A.-dan öyrəndim və tələbə vaxtı praktika üçün  hazırladığım ilk müsahibəni təqdim edirəm:
 
"Son illər jurnalistika sahəsinə axının qarşılığında bu peşə yönün itirmə səbəbindən bu işin bilicisi İlhamə Novruzova ilə müsahibəm.
     Novruzova İlhamə Tofiq qızı 1969 cu ildə Bakı şəhərində anadan olub və orta təhsilini 190 saylı orta məktəbdə tamamlamışdır.Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsin bitirib.1984-cü ildən jurnalistika sahəsində çalışan İlhamə Novruzova "7 gün"   ,"525 - ci qəzet" ," Ponaroma" qəzetlərində, Space kanalında "Sabah" proqramında sosial sujetlər,"Hədəf" qrupunun rəhbəri,"Günaydın","Səhhət","İctimai-siyasi "proqramlar deportamentində redaktor,"Gün keçdi"tok-şousunun müəllifi və aparıcısı olmuşdur.Lider kanalında "Sabahın xeyir""Forum","Gözəlliyin sirrləri" proqramlarına rəhbərlik etmişdir.Xəzər tv-də"Peşəkar söhbət"in müəllifi və aparıcısı,Day.az radioda "Sarı Gəlin" və Paralel" tok -şousunun müəllif -aparıcısı olmuşdur.
"Dünya Azərbaycan Mediası"şəbəkəsinin Millli kordinatoru vəzifəsin icra etmiş,ABŞ dövlət deportamentinin 2011-ci ildə Beynəlxalq Liderlik proqramının Media təşəbbüsləri üzrə məzunu olub.  " Feminiti"qadın jurnalnın "Lady Radionun" "Azərbaycan Tədris Akademiyası (ASA)nın təsisçisidir.                                                                                                                               
                          
        İlhamə xanım sizcə Azərbaycan mətbuatı dünyada neçənci yerdədir?

-Mən çətinlik çəkərəm buna cavab verməyə,çünki belə bir monitoriq keçirməyib ,keçirilibsədə xəbərsizəm. Amma onu deyə bilərəm ki, son 20 ili götürsək bunun son 3 ili tənəzzül dövrü keçirən mətbuatı görərik.90-cı illərdə senzura var idi ,amma belə deyildi.Mətbuat peşəkar deyilsə onun azad olması nəyimizə lazım?!Jurnalistikanın mövcud durumundan heyiflənərək"hansısa Afrika ölkəsi ilə müqayisə etmək olar"Əvvəllər gənclərə ümid edirdim,amma görürəm gələn özündən əvvəlkin təkrarlayır.

        Bu gün telekanallarımız milli-mənəvi dəyərlərimizə nə qədər riyayət edir?

-Bütün verlişlərində dəyərlərimizə sahib çıxan,riyayət edəni yoxdur.Dağıdıb neqret düzəltmək." Aztv" və "İctimai"nin dili ,əxlaqı,"Ans"in xəbərçiliyi,aporativ yayımı,bəzi kanalların xəbəri tapma üsulu və s. bunları bir yerə cəm etsək nəsə alınar.Bu gün milli-mənəvi dəyərlərdən çox baxımlı.reytinqli verlişlərə üstünlük verilir.Dəyərlər çərçivədə olub,zamanlar,fobialarla qorxuların təsiri altında onlar bizə nə qədər imkan verirsə bir o qədər azadıq.Amerika azad ölkə hesab olunur.Amerikada olanda azadlıq heykəlinin yanında şəkil çəkdirməyimə icazə verməmişdilər.Bu da azad demokratik ölkə.Götürək Norveçi insan haqlarının qorunduğu ölkə olmasına baxmayaraq bizdən biri o ölkəyə düşsə yaşaya bilməyəcək.Bax, dəyərlər dediyimiz budur.Bizdə dəyər dedikdə ilk beynimə ağlıma gələn dolma,şəkərbura,Novruz bayramı,Sarı Gəlin,böyüyə hörmət,anaya hətta pərəstiş,yer vermə və s. bunlar.

İlhamə xanım telekanallarımızın istisnaları gündəmə gətirməklə bu hallara qaldıq.Elə deyilmi?

(Razılaşır)

 Jurnalistika ocağı təsis etmisizTəbələriniz dediyimiz bareli aşa biləcəkmi?Yoxsa bu fərdi məsələdir?

-Əvvəllər  ASA məni aparırdı,indi mən ASA-nı aparıram.Açığı tələbələr get -gedə məqsədsiz gəlir.Deyəndəki get çəkiliş et,müsahibə götür.Amma görürsən getmək istəmir.Müəllimə kimi çəkək,nəyi çəkək?Sanki gəlib ancaq mühazirə eşidəcəklər.gərək eşitdiklərini praktik edəsən ki, yaddaşına yazıla,vərdiş edəsən.Mən atamı 3 gün idi itirmişdim ,gəlib təlim keçirdim.Amma görürsən bəhanə ilə gəlirlər.Uşaq sayağı bəhanələrlə.Aralarında inandığım,güvəndiyim tələbələrdə var.Əvvəllər tələbələr daha əzmli,daha məsuliyyətli idilər.Özləri hazırlayardılar,baxmayaraq ki mən onlara belə bir tapşırıq verməmışdim.Bax belə olanda insan ruhlanır.
İlhamə xanım tələbələrinin uğurlarındanda söz açdı.Bu gün müxtəlif istər telekanallarda olsun ,istər radio,istərsə də mətbuatda istedadlı tələbələrimiz çalışır.Baxanda fərəhlənirəm."

 
Saday FƏRƏCOV
ULUYOL.İNFO


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300