10 minlərlə etirazçı Malayziyanın paytaxtı Kuala Lumpurun küçələrinə çıxaraq, böyük maliyyə skandalında adı hallanan baş nazir Nacib Razakın istefasını tələb edib.
Yürüşlərə bir neçə saat qalmış bir neçə müxalifət liderinin həbs olunmasına və polisin yolu bağlamasına baxmayaraq, aktivistlər mitinqi keçirməyə nail olub.
Mitinq iştirakçıları "Demokratiyanı xilas edək” və başqa şüarlar qışqıraraq, baraban və vuvuzelaların müşayəti ilə şəhər boyu yürüş edib.
Polis mitinqi qeyri-qanuni elan edib. Hökumətin mətbuat orqanlarının dediyinə görə, 7 mindən çox polis mitinqə nəzarət edib.
Hazırda Peruda keçirilən Asiya-Sakit okean iqtisadi tərəfdaşlıq sammitində olan baş nazir Nacib Razak "1Malaysia Development Berhad (1MDB)” adlı Malayziya hökumət fondundan yoxa çıxan pullarla bağlı böyük maliyyə skandalına görə tənqidlərə məruz qalır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300