Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, komitənin xətti ilə ilin əvvəlindən bu günə kimi büdcəyə 1 milyard 960 milyon manat vəsait köçürülüb. A.Əliyev deyib ki, bu, nəzərdə tutulan büdcə proqnozundan 150 milyon manat artıqdır.

A.Əliyev 150 milyon vəsaitin hansı gəlirlərin səyəsində artdığını dilə gətirməyib. Bəs gömrük şefi bu qədər pulu hardan alıb?

Rəsmi statistikaya görə, bu il Azərbaycanda maliyyə əməliyyatları ötən il ilə müqayisədə 3 dəfə azalıb.

Bu ilin 8 ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 11 mlrd. 330 mln. dollar təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 25% azdır. Bu barədə sentyabrın 16-da Dövlət Gömrük Komitəsi özü məlumat verib.
 
Bəs necə olub ki, xarici ticarət 25% azaldığı halda, gömrük komitəsi büdcəyə 150 milyon manat artıq pul köçürüb?
 
Zənnimizcə, Aydın Əliyevin bu açıqlaması ötən illərdə gömrük orqanlarında büdcədən 100 milyonlarla vəsaitin yayındırılmasının etirafıdır. Ehtimal ki, məsələ belədir: ölkədəki böhranı aradan qaldırmaq, ən azı əhalinin maaş və pensiyalarını ödəyə bilmək üçün dövlət başçısı İlham  Əliyev büdcəyə köçürmələrin məbləğinin artırılmasını istəyib, Gömrük Komitəsinin rəhbərliyi bu göstərişi "yeyintinin” miqyasını azaltmaq hesabına icra edib.
 
 
Mustafa Hacıbəyli, bastainfo
 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300