Avropa Şurasının Baş katibi deyib ki, Azərbaycan hakimiyyəti ReAL Hərəkatının lideri İlqar Məmmədova dair həbs hökmünü qüvvədə saxlamaqla ölkənin hüquqi öhdəliyini pozub.

Cümə gün Azərbaycanın Ali Məhkəməsi İlqar Məmmədovun həbsi ilə bağlı Şəki Apelyasiya Məhkəməsinin qərarından kassasiya şikayətinə baxaraq onu qüvvədə saxlayib.

2014-cü ildə Avropa Məhkəməsi İlqar Məmmədovun dərhal azad olunmasını təmin edən addımlara çağırmışdı.

"Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünü icra etməyən Azərbaycanın ən yüksək məhkəməsi ölkənin hüquqi öhdəliyinə əməl etməyib”, – cümə günü Avropa Şurasının (AŞ) Baş katibi məhkəmənin qərarı ilə bağlı bildirib.

Tyorborn Yaqlandın bəyanatında deyilir ki, Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasına hörmətsizliyi AŞ ilə Azərbaycan arasındakı əməkdaşlığa xələl gətirir.

"Bu hadisə Konvensiyanın yerinə yetirilməsinə cavabdeh Avropa Şurasına üzv olan 47 ölkəyə təsir göstərir”. Cənab Yaqland məsələnin "təcili olaraq” Avropa Şurasının Nazirlər Komitəsinin növbəti iclasının gündəliyinə daxil ediləcəyini bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300