Gürcüstanın paytaxtı Tiflis şəhərində "Heykəl məhbusları” Bayram Məmmədov və Qiyas İbrahimova dəstək məqsədi ilə bir qrup gürcü gənc və azərbaycanlı siyasi mühacirlər dəstək aksiyası keçiriblər. Onlar müxtəlif şüarlarla Azərbaycanın Tiflisdəki səfirliyi qarşısında gənclərin həbsinə etirazla bərabər, onların bir an öncə azadlığa buraxılmasını tələb ediblər. Etirazçılar həmçinin əllərində digər siyasi və vicdan məhbuslarının şəkillərini tutaraq onlara da azadlıq tələb ediblər.

– Biz Azərbaycan hakimiyyətindən onların, Qiyasın, Bayram Məmmədovun və onların timsalında olan digər siyasi məhbusların azadlığını tələb edirik.

 

– Onlar eks prezident Heydər Əliyevin abidəsi üzərinə "Qul bayramınız mübarək” və "F*ck the system” yazmaqla yazılı qanunu yox, yazılmamış qanunu pozublar.

– Biz Azərbaycan hökümətindən tələb edirik ki, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə əməl etsinlər və tələb edirik ki, imzaladıqları beynəlxalq konvensiyaları yerinə yetirsinlər. Azadlıq! Azadlıq! Azadlıq!

– Azərbaycan gəncləri korrupsiyalaşmış hakimiyyətlə bir yerdə olmaq istəmirlər. Azərbaycan gəncləri Azərbaycanın sivil dünyaya inteqrasiyasının tərəfdarıdırlar. Azərbaycan həbsxanaları siyasi məhbuslardan boşaldılmalıdır. Azərbaycan demokratikləşməlidir.

Bayram Məmmədov və Qiyas İbrahimov bu il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hər iki gənc fəalın evindən narkotik maddə aşkarlanıb.

Gənclərin, əslində, eks prezident Heydər Əliyevin abidəsinə "Qul bayramınız mübarək” şüarı yazılmasına görə həbs edildiyi güman olunur.

Qiyas İbrahimov oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Bayram Məmmədovun isə məhkəmə prosesi davam edir. Hər iki gənc beynəlxalq amnistiya təşkilatı tərəfindən vicdan məhbusu elan edilib.



 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300