Rüfət Muradlı: “Bəşəriyyət 26 Azər cinayətini tanımalıdır”.
 
"Yəqin kimsə buna etiraz etməz ki, biz tarixi yaddaşı iti olmayan bir toplumuq. Olanları tez unudaraq durumla barışar, heç nə olmamış kimi davam edərik. Bəlkə də bu xüsusiyyətdə pozitiv cəhətlər də araya bilərik. Amma unutqanlıq sindromu yaşayan toplumların tarixinə ekskurs etsək heç də uğurlu millət gerçəyilə üzləşməyəcəyik. Nə yazıq ki, bu əsnada bir zamanlar vətənimizin quzeyində yaşadıqlarımız güneyindən də yan keçməmişdir.
69 il öncə 1946-cı il dekabr ayında Pəhləvi rejiminin qoşunları Qəzvin hüdudlarından başlayaraq Güney Azərbaycan şəhərlərində amansızlıqla soyqırıma başladı. Zəncanda, Miyanada yüzlərlə soydaşımızı qanına qəltan edən Tehran qoşunu yol üstündə qarşısına çıxan qocaya,qadına, uşağa da rəhm etmədi. O tarixdən 6 onillik keçsə də düşünmürəm ki, Azərbaycan hələ də Miyanada Rüqəyyanın başına gətirilənləri, Şibli aşırımında fədai gənclərinin başlarının qurbanlıq kimi kəsilməsini , müctəhidlərin fədai qadınlarının namusunu halal elan etməsini tam unutmuşdur. Amma unutmasa belə zamanla üzləşdiyi durumla barışmaq məcburiyyətini yaşamışdır.
 
Bir illik Milli Hökumət dönəmində İran cografiyasında görünməmiş inkişafa nail olmuşTəbrizin qan gölünə çevrildiyi o günlərdə tarix milllətimizə qarşı misli görünməmiş bir cinayətə də şahid oldu. 26 Azərdə(17 dekabr) Pəhləvi rejiminin qoşunları Təbrizi işğal edərkən minlərlə soydaşımızı qətlə yetirməklə yanaşı kitab qətliamı da həyata keçirdi. Milli Hökumətin bir illik varlığı dönəmində çap olunan Ana dilimizdəki bütün kitablar küçələrdə qalanmış tonqallarda yandırıldı. Yeganə günahı ana dilimizdə yazılması olan minlərlə kitab... Heç bircə il belə övladlarımızın oxumasına macal tapmadığı Azərbaycan türkcəsindəki dərsliklər.. Bu olay bəlkə də 20-ci əsrdə "Kitab qətliamı" kimi tarixə düşdü. Amma bəşəriyyət bu insanlığa zidd cinayətdən gerçəkdən xəbərdardırmı? Kitab qətlinə fərman verənlər və onların icraçıları haqda dünya ictimaiyyətini nə qədər məlumatlandıra bilmişik? Sivil dünyanı xüsusi eybəcərliyilə seçilən bu cinayət haqda məlumatlandırmaq üçün nə etmək gərəkdir? Azərbaycanın diaspora qurumları bu yöndə hər hansı addım atmışdırmı? Məncə bütün bu suallar cavabsız qalacaq. Amma bəşəriyyət bu cinayəti mahiyyət etibarı ilə tanımalıdır. Və bu tanıtma missiyası 21 Azər qüruru yaşayan bütün soydaşlarımızın öhdəsinə düşür. Gəlin, Seyid Cəfərlərin, Cavidlərin, Firidunların, Biriyaların bizə miras qoyduğu və tariximizdə cəmi bircə il balalarımızın öz analarının dilində oxuduqları o kitabların haqqını qismən də olsa bərpa edək."
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300