Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan yüksək vəzifəli əməkdaşlarının işi üzrə istintaq materialları bu nazirlikdə uzun illər hökm sürmüş dəhşətli korrupsiya və mənimsəmə mexanizmini üzə çıxarır. 

Mətbuatda yazılanlardan da aydın olur ki, orada qurulmuş sistemi əsasən nazirliyin tərkibindəki strukturlardan və müəssisələrdən aylıq gəlirlər, habelə xərclərin şişirdilməsi yolu ilə əldə olunan pullar ümumi "kassada”, yaxud oğru dünyasında olduğu kimi "obşak”da toplanırdı. Daha sonra oradan vəzifəsinə və mövqeyinə uyğun olaraq nazirliyin rəhbər işçilərinin hərəsinin öz payı ayrılırdı. 

Məlumata görə, nazir Əli Abbasovun aylıq "paketi” 200-300 min manat, nazir müavinlərinin "paketi” isə 30 min manat və daha çox olub. 

Əslində burada heç bir yenilik yoxdur: məsələ burasındadır ki, hökumıt qurumlarında "paket” maaşların tüğyan etdiyini müstəqil media və ekspertlər uzun illərdir dilə gətirirdilər. Amma rəsmilər hər kəsə məlum olan həqiqəti inadla təkzib edir, dövlət qurumlarını bu məsələdə "sudan quru çıxarmağa” çalışırdılar.(qaynarinfo)Məsələn, hazırki əmək və əhalinin sosial müdafisəi naziri Səlim Müslümov hələ 2010-cu ildə - Dövlət Sosial Müdafiə Fondunun sədri olarkən demişdi ki, prezidentin qeyd etdiyi "ikili mühasibatlıq" problemi dövlət idarələrində deyil, özəl sektorda vardır. Bununla da, Müslümov nazirliklərdə, dövlət komitələrində və digər rəsmi qurumlarda "paket” maaşı – yəni "ikili mühasibatlığı” gizlətməyə çalışmışdı. Sitat: "Hazırda dövlət sektorunda qeyri-leqal əməkhaqqı problemi yoxdur. Lakin özəl müəssisələrdə belə bir problemin olmadığını söyləmək mümkün deyil...”

Nəticə isə ortadadır: Müslümovun yalanladığı dövlət qurumlarında "paket” maaş problemi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin timsalında son vaxtlaradək davam edirmiş, yəqin ki, heç indi də aradan qalxmayıb, ən əsası isə, digər nazirliklər, dövlət komitələri, başqa rəsmi qurumlar da bu məsələdə istisna deyillər. 

Bu faktı qabartmaqda xüsusi məqsədimiz yoxdur, sadəcə, onu nəzərə çatdırmaq istədik ki, hökumət rəsmiləri hər kəsə gün kimi aydın olan reallıqları əziyyət çəkib malalamağa çalışmasınlar, bəlkə bu dediklərinə kimlərisə inandırırlar, amma əsl həqiqət onsuz da gec-tez gün işığına çıxır. Pis vəziyyətdə qalan isə özləri olurlar...

(qaynarinfo)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300