Azərbaycan Silahlı Qüvvələrinin şəhid giziri Aqil Qismət oğlu Məlikovun müdafiə naziri Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ailə üzvlərinə təqdim edilib.
 
APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə şəhidin  doğulduğu Masallı rayonunun Böyük Xocavar kəndində keçirilən mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik  Abdulla Qurbani, rayonun icra strukturlarının nümayəndələri, hərbi qulluqçular, həmçinin kənd sakinləri iştirak ediblər. Tədbirdə çıxış edənlər Vətən torpaqları uğrunda şəhid olmuş A. Məlikovun həmişə xatirələrdə yaşayacağını, onun qısa və  mənalı ömür yolunun gələcək nəsillərə örnək olacağını bildiriblər.
 
Sonra şəhidin layiq görüldüyü medal onun atası Qismət Məlikova təqdim olunub.
 
Qeyd edək ki, noyabrın 15-də müddətdən artıq xidmət keçən Silahlı Qüvvələrimizin giziri, 26 yaşlı Aqil Qismət oğlu Məlikov cəbhənin Füzuli bölgəsində şəhid olub.

 








Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300