Türkiyə istehsalı olan pomidorlar Rusiya bazarına 2-3 ildən sonra buraxıla bilər. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Kənd Təsərrüfatı Nazirliyinin ərzaq bazarlarının tənzimlənməsi departamentinin direktoru Vladimir Volik bildirib.

Onun sözlərinə görə, Türkiyədən pomidor idxalına başlanması müddətinin uzadılması ilə bağlı məsələ müzakirə obyektidir. "Bunun zəruriliyi barədə nazirlikdə demişik. Hələ məsələ üzərində iş gedir", - deyə o, II Dünya Taxıl Forumu çərçivəsində verdiyi müsahibədə qeyd edib.

V. Volik bildirib ki, forum çərçivəsində Türkiyənin kənd təsərrüfatı naziri ilə görüşü planlaşdırılıb: "Yəgin ki, görüşdə bu məsələ də qaldırılacaq".

Türkiyə pomidorlarının idxalının ləngidilməsinə aydınlıq gətirən departament direktoru bunu ölkədə parnik təsərrüfatlarına investisiya qoyulması ilə izah edib: "Yatırılan sərmayənin çıxarılması, məhsulumuzun rəqabətqabiliyyətli olması üçün hələ 2-3 il vaxt lazımdır".
Xatırladaq ki, Rusiya hökuməti bu ilin əvvəlindən Türkiyədən bəzi meyvə-tərəvəz məhsullarının, o cümlədən pomidorun idxalını qadağan edib. Türkiyə pomidorları idxal edilən ərzaq məhsullarında böyük paya malik olub. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300