Bizə müraciət edən Abasova Lamiyə Əli qızının başına gələn hadisələri araşdırmaq qərarına gəldik. Talesiz qadın uşaq vaxtı ərə verilib, əri və qohumları tərəfindən döyülüb, təhqir edilib. Uşağını başını aldadaraq oğurlayıblar. Bu bəs deyilmiş kimi Binəqədi məhkəməsinin hakimi tam bir qanunsuzluğa imza ataraq Lamiyənin özünün xəbəri olmadan onu birtərəfli boşamışdır. Abasova Lamiyənin bizə danışdıqlarından:

2013-cü ildə mənim xəbərim olmadan məni birtərəfli boşadı.

07.10.2013-də özümündə xəbəri olmadan Binəqədi rayon məhkəməsinin hakimi Rəhimov Elmar Eldar oğlu məndən xəbərsiz məni 17 il ailə həyatı sürdüyüm ərimdən özümün xəbəri olmadan, özümdən heç nə soruşmadan boşayıb. Dünyanın heç bir məhkəməsi belə vicdansızlığa yol verə bilməzdi. Amma Binəqədi rayon məhkəməsinin hakimi buna yol verdi. Böyük oğlumu güya atası ilə yaşadığına görə onun adına yazıb.Hansı ki, bu uşaq mənimlə yaşayıb və yaşayır. Hakim deyilən şəxs Rəhimov Elmar Eldar oğlu görəsən bu vicdanla necə yaşayır, o heç mənim oğlumu görüb, ondan kiminlə yaşadığını, və ya yaşamaq istədiyini soruşub.
O da alimentə görə. Əslində isə ərim mənim Rusiyada olmağımdan istifadə edərək yenidən evlənmişdi. Mənim bütün bunlardan xəbərim yox idi.
2014-cü ildə mənə icradan zəng edəndə bilmişəm ki, məni boşayıb . İcradan zəng edib dedilər ki, sənin böyük oğlun atasının yanına getməlidir, çünki məhkəmə o uşağı atasına kəsib. Dəli olmuşdum. Hansı məhkəmə, niyə uşağımı məndən almaq istəyirlər. Sən saydığını say gör ərimdən küllü miqdarda pul alan hakim nə sayır. Mənim yanımda olan uşağımı yazıblar ki, güya ərimlə yaşayır və onunda yanında qalmalıdır. Mənim və oğlumun isə heç nədən xəbəri yoxdur. 
Mən bunu eşidəndə getdim Binəqədi məhkəməsinə ki, öyrənim bu nə məsələdir, hansı qanuna əsasən mənim xəbərim olmadan məni ərim boşayıb, mənimlə yaşayan uşağımı "özününkilkəşdirib " ( güya onunla yaşayır) və qərara salıb. Müraciət etdiyim Binəqədi rayon məhkəməsinin dəftərxanasında mənə dediklər ki, heç nə edə bilməzsən, qanuna görə hakim sənsiz səni boşayıb uşağı kimə istəsə verə bilər. Ərim və adamları eşidəndə ki, mən hay küy salıram başladılar məni qorxutmağa. Uşaqlarımla. Deyirdilər ki, onun bacısının qudası narkobiznesin rəsidir onun əli ilə səni yox edər. Xəbər göndərirdilər ki, bilirik flan yerdə yaşayırsan, gecəynən başına oyun gətirərik. Bərk qorxurdum əgər məhkəməni satın ala bilirdilərsə, demək başıma hər oyun gətirə bilərdilər. Hər şeydən qorxurdum, çünki ərimin pulu çoxdur, hamını satın alır. Həmdə onun necə qansız və amansız olduğunu onunla myaşadığım illərdən bilirəm. Necə ki, o,məni döyürdü, heç heyvanı belə döyməzdilər. Ona görə tez tez yaşadığım yeri dəyişirdim.Qohumlarım xəbər göndərirdi ki, yerini dəyiş. İki uşaqla elə bilirsiniz bu asandır. Talehim çox zərbələr vurdu mənə. 
ardı var...

Qaynı Hacıbalaya uşağı anasından xəbərsiz verilmiş Lamiyənin sonrakı taleyi.

Əri Abasov İbadət ailəyə məxsus olan torpaq sahəsində 3 mərtəbəli mülkü necə Lamiyəsiz satıb?

Nərimanov rayonunda Ağa Nemətulla küçəsində tikilən göydələnlər kimin torpağının üstündə tikilib?

Bunəqədi rayon məhkəməsi nədən bir ananın mal mülkünə sahib çıxmasını əngəlləyir?

Abasova Lamiyə niyə və kim tərəflərindən hədələnir?

Teref.info
Binəqədi rayon məhkəməsinin hakimi arvadın xəbəri olmadan necə boşanma qərarı çıxardıb - ŞİKAYƏT
Binəqədi rayon məhkəməsinin hakimi arvadın xəbəri olmadan necə boşanma qərarı çıxardıb - ŞİKAYƏT
Binəqədi rayon məhkəməsinin hakimi arvadın xəbəri olmadan necə boşanma qərarı çıxardıb - ŞİKAYƏT
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300