Türkiyə qırıcıları "Fərat qalxanı” əməliyyatları çərçivəsində Azad Suriya Ordusuna (ASO) verdiyi dəstəyi dayandırıb.
Axar.az xəbər verir ki, buna səbəb rəsmi Dəməşqin hava hücumundan müdafiə sistemlərini yenidən aktivləşdirməsidir.
CNN-in məlumatına görə, Türkiyənin ASO-ya dəstəyini kəsən Əsəd rejimi yaxın günlərdə Əl Babda əməliyyat təşkil edərək bölgənin müxaliflərin əlinə keçməməsinə çalışacaq.
Bu işdə Rusiyanın Əsədə aktiv dəstək verəcəyi bildirilib.
Xatırladaq ki, analoji hadisə təxminən 1 həftə əvvəl də baş verib. PYD və İŞİD hədəflərinə qarşı təşkil olunan uğurlu əməliyyatlardan sonra Türkiyə Hərbi Hava Qüvvələri gözləmə rejiminə keçmişdi.