Azərbaycanda yeni inşa edilən sosial evlərin satışı ilə bağlı bəzi qaydalar müəyyənləşib.

 Qaydalara əsasən, polis, müəllim və hərbçilər bazar qiymətindən aşağı qiymətə mənzil sahibi ola biləcəklər. Amma bu mənzilləri almaq üçün də ilkin ödəniş edilməlidir.

Bundan başqa, elmi adı olan şəxslər, dövlət qulluqçuları, daxili işlər orqanlarında 3 il xidmət keçib xüsusi rütbə alan gənc ailələr də güzəştli şərtlərlə mənzil əldə edə biləcəklər. Gənc ailə dedikdə isə yaşı 35-dək olanlar nəzərdə tutulur. Bundan başqa, bazar qiymətindən ucuz olacaq sosial evləri digər bütün vətəndaşlar da nəğd pul, ipoteka və digər kreditlər hesabına əldə edəcəklər.

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, mənzillərin qiymətləri və qaydalar üzərində iş davam etdirilir və gəlcəkdə qaydalarda dəyişikliklər ola bilər. Belə mənzilləri almaq üçün müraciət yalnız elektron formada olacaq ki, bunun üçün də güzəştli mənzil portalı yaradılır. Həmin portal hazır olduqdan sonra dəqiq qaydalar da qüvvəyə minəcək.

Axar.az Xəzər Xəbər-in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir:

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300