Milli Məclisin üzvü Vahid Əhmədov "Amerikanın səsi”nə müsahibəsində ilin iqtisadi yekunlarından, iqtisadi və maliyyə böhranından, 2016-cı ildə iqtisadi sahədə gözlənilən yeniliklərdən və manatın devalvasiyasından danışıb.

Sonuncu məsələdən danışan deputat vurğulayıb ki, burada şok terapiyasının tərəfdarı deyil: "Bizim milli valyutamız, o cümlədən dövlət büdcəmiz neftdən asılı bir büdcədir. Son zamanlar qeyri-neft sektorunda inkişaf olsa da qeyri-neft sektorundan daxil olmaların məbləği o qədər də çox deyil. Təxminən dövlət büdcəsinin haradasa 37-38 faizini təşkil edir. Ona görə də manatın devalvasiyası neftin qiymətindən asılıdır. Neftin qiyməti kəskin aşağı düşərsə, ümumiyyətlə manatın devalvasiyası mümkündür. Amma mən bunu bir neçə dəfə mətbuatda da bildirmişəm: manatın şok-terapiya devalvasiyasının tərəfdarı deyiləm. Onsuz da gec-tez manat daxili bazarda öz həqiqi qiymətini tapmalıdır. Yəni üzən məzənnə siyasəti aparmaq lazımdır, yumşaq devalvasiyaya getmək lazımdır ki, insanlar şok-terapiya yaşamasın...”

Deputat daha sonra deyib: "Neftin 1 barrelinin qiyməti hazırda 38 dollardır. Ola bilsin ki, bundan da aşağı düşsün. Düzdür, biz dövlət büdcəsində 50 dollar götürmüşük. Amma 2016-cı ildə ola bilər ki, neftin qiymətində müəyyən enmə-qalxmalar baş versin... Manatın devalvasiyası mümkündür”.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300