Yaponiyanın məşhur "Hokkaydo” qəzetində Dünya Azərbaycanlıları Assambleyasının Şərqi və Orta Asiya ölkələri üzrə vitse-prezidenti, Yaponiyanın Hokkaydo Universitetinin doktorant tələbəsi Əlibəy Məmmədovun müsahibəsi yayımlanıb.

Axar.az xəbər verir ki, Dağlıq Qarabağ və Cənubi Kuril adaları münaqişələrindən bəhs olunan müsahibədə Aprel döyüşlərindən də söhbət açılıb və müharibənin nə zaman bitəcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Əlibəy Məmmədov bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını geri qaytarmaq istəmir və insanlar artıq sülh danışıqlarına şübhə ilə yanaşır. Ona görə də münaqişənin həlli üçün "müharibə etməkdən başqa həll yolu yoxdur” deyənlərin sayı az deyil.

O, həmçinin, deyib ki, sözügedən müsahibə yayımlanandan sonra Yaponiyadan ismarışların və zənglərin ardı-arası kəsilmir. Yaponiyalılar Dağlıq Qarabağ məsələsinə ciddi maraq göstərir.

Qeyd edək ki, "Hokkaydo” qəzetinin gündəlik səhər satışı 1 milyon 23 min 378, axşam satışı 432 min 422 nüsxədir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300